Bir an içərisində, yəni sonsuz qısa zaman olan an içərisində münafiqin etdiyi əməl bitmişdir. Dolayısilə Allah yaratdığına görə sən zəmanət altındasan. Allah sənin nədən zərər çəkəcəyini bilməzmi? Nəyin sənə faydalı olacağını bilməzmi? Bilir Allah. Buna görə yaradar.

(A9 TV; 18 may 2016)

Münafiqləri müstəqil, qarşı çıxılmaz güc kimi göstərmək haramdır, bu şirk olar. Münafiqdən narahat olmaq, onun gücünün fövqəladə olduğuna inanmaq. Çünki gücü yoxdur. Bir insan şeytanı, insi şeytandır bu qədər. Hər yer şeytan doludur. Müsəlmanın ondan narahat olması, qorxması, etidalını itirməsi olmaz. Allah; “onların bütün əməllərini Mən əhatə edirəm” deyir.

(A9 TV; 18 may 2016)

Münafiqlər fitnə və qarışıqlıq olduğu zaman, İslama zərər gələcəyini bildiyi üçün şeytani ruhla bunu istəyər. Müsəlmanlar bölünsün, vuruşsun, qarışıqlıq yaşasın, beləliklə də, müsəlmanların xidmət etməsinə maneə törədilsin. O əxlaqsız münafiqin dünyasındakı qaranlıq yolun qapısı açılsın. Allah; “buna icazə vermərəm” deyir.

(A9 TV; 18 may 2016)

Allah möminlərə; “çox əziyyət verici sözlər eşidəcəksiniz” deyir. Kimlərdən? Münafiqlərdən, kafirun və kafiratdan (kafir kişilər və kafir qadınlardan). Çünki onların ruhları cəhənnəm kimidir. Qəzəbli, azğın, paxıl, qısqanc, kinli, kinayəçi, söz ilişdirən, davakar, gərginlik axtaran, fitnə axtaran, qarışıqlıq axtaran əxlaqsız xarakterdədir.

(A9 TV; 18 may 2016)

Müddəssir surəsinin 23-cü ayəsində Allah münafiq üçün deyir; “sonra bir baxdı” pis bir baxış, “sonra üz-gözünü turşutdu”, məsələn, qəzəbli, hirsli və ya üzünü qırışdırır, yəni pis üz göstərir. Bunu Peyğəmbər (s.ə.v)-i narahat etmək üçün edir. Bir münafiq əxlaqsızlığıdır bu.

(A9 TV; 18 may 2016)

Şəxsi dərdlərlə Peyğəmbər (s.ə.v)-in yanına getmək, onu kədərləndirməyə çalışmaq, şəxsi vəsvəsələrinin verdiyi narahat ruh halını ona əks etdirməyə cəhd etmək günah olar, çox çirkin olar. Bu münafiqlərdə çox mərhəmətsiz və əxlaqsızca olar, lakin bəzi müsəlmanlarda da məlumatsızlıqdan qaynaqlanar.

(A9 TV; 18 may 2016)

Peyğəmbər (s.ə.v)-in üstündə minlərlə məsuliyyət var. Münafiqlər düşməndir, kafirlər, müşriklər düşməndir. Düşmənlərinin sayı-hesabı yoxdur, çox çətin bir həyat yaşayır. Belə bir mühitdə Peyğəmbər (s.ə.v)-ə qarşı çox diqqətli olmaq lazımdır.

(A9 TV; 18 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)