Münafiq heyrət ediləcək refleksə malikdir. Şeytanın söylədiyini həmin dəqiqə, həmin saniyə yerinə yetirər. Lakin Allahın dediyini etməz, Quranın dediyini etməz. Peyğəmbər (s.ə.v)-in dediyini etməz. Çünki üsyankardır. Münafiq şeytana qarşı itaətkardır.

(A9 TV; 4 iyun 2016)

Müsəlmanın tətili olmaz. Suriyada, İraqda müsəlmanlar öldürülərkən, Əfqanistanda müsəlmanlar məhv edilərkən, Misirdə müsəlmanlar pərişan ikən, İslam aləmi dəhşət içində yaşayarkən bizim istirahətə ayıracaq vaxtımız olmaz. Hətta mövzulardan danışarkən belə, öncə ən təcili mövzulara yer verilməlidir.

(A9 TV; 4 iyun 2016)

Avropanın PKK-nı dəstəkləməsinin səbəbi PKK-nın qadın haqlarını müdafiə etməsi, azadlığı müdafiə etməsidir. PKK; “qadınlar istədiyi kimi geyinsin, azad olsun, qarışmayaq” deyir və “qadınlar daha çox siyasətdə vəzifə tutsun” deyir. Bunları Türkiyə deməlidir.

(A9 TV; 4 iyun 2016)

Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq.

(A9 TV; 4 iyun 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)