Möminlərin müvəffəqiyyətli fəaliyyətləri münafiqi narahat edər. Möminlərin münasibətlərinin korlanmasını istəyər, bunun üçün çalışar. Lakin bu işdə müsəlmanlara dirilik verər.
(A9 TV; 3 iyun 2016)
Samiri ömrünün sonuna qədər tək yaşamışdır. Bu münafiqlərdə bir həyat tərzidir. Möminləri sevməzlər, bəyənməzlər. Özlərini çox böyük hesab edərlər. Buna görə də, möminlərlə danışmaq, onlarla bir yerdə olmaq da istəməzlər. Yalnız yaşamaq istəyərlər.
(A9 TV; 3 iyun 2016)
Möminlərin bir-birini sevməsi münafiqi çox narahat edər. Münafiq təkbaşına varlıqdır. Möminlərdən ümumiyyətlə uzaq olmaq istəyər. Çünki böyük olduğunu düşündüyü üçün, özünü möminlərə layiq görməz. O özünü çox böyük hesab edər.
(A9 TV; 3 iyun 2016)
Münafiq dara düşdükdə elçiyə sığınar, yoxsa elçidən nifrət edər. Çünki o böyüklük hissinə sahib olduğu üçün çox kinlidir. Lakin çətin vəziyyətdə ondan mənfəət əldə edəcəyini düşündüyü üçün, müvəqqəti olaraq onu sevirmiş təqlidi edər. Yoxsa ən çox kin bəslədiyi imamdır onsuz da, birinci hədəfi odur.
(A9 TV; 3 iyun 2016)
Münafiqlər elçiyə, imama təkcə öz mənfəətləri tələb etdikdə dəyər verərlər. Dəyər verir təqlidi edərlər. Hörmət göstərirmiş kimi görünərlər, sevirmiş kimi görünərlər.
(A9 TV; 3 iyun 2016)
Allah; “əhlinizi, ətrafınızı, sevdiklərinizi cəhənnəm odundan qoruyun” deyir. Bu dua ilə olar. Mömin dua etməlidir və səbəbə sarılmalıdır. Onları öyrətməlidir, əmri bil-maruf nəhyi anil-münkər etməlidir (yaxşılığı əmr edib, pislikdən çəkindirməlidir).
(A9 TV; 3 iyun 2016)
“Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma” deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir.
(A9 TV; 3 iyun 2016)
Bütün möminləri qurtarmaq üçün səy göstərmək və dua etmək vəlayətin tələbidir.
(A9 TV; 3 iyun 2016)
Gördünüz ki, bir şeytan pıçıltısı, qəlbinizdə qaraltı yaratdısa, qəlbinizdə narahatlıq yaratdısa bəlli ki, şeytandandır. Sevincinizi yox etdisə, şövqünüzü, həyəcanınızı yox etdisə bilin ki, şeytandandır. Dərhal Allaha sığınmalısınız. Həmçinin Quranla bunu bərpa etməlisiniz.
(A9 TV; 3 iyun 2016)
Müsəlmana qarşı sui-zənn, yaxud şeytandan gələn məlumata inanmaq mömini məhv edər və yavaş-yavaş İslamdan uzaqlaşdırar. Allah qorusun cəhənnəmə doğru yaxınlaşdırar.
(A9 TV; 3 iyun 2016)





