Möminə edilən hər şey xeyirdir. Münafiqin özü üçün xeyir zənn etdiyi hər şey də onun üçün şərdir. Yəni nə etsə onun əleyhinə olar.
(A9 TV; 5 iyun 2016)
Münafiq demaqoqluğa çox meyllidir, sözü o yana-bu yana döndərər. Dilini əyib bükər. Cümlələri pozmaqda, məntiqi pozmaqda şeytani məharətə sahibdir.
(A9 TV; 5 iyun 2016)
Münafiq ölüdür onsuz da, yəni ağıl xəstəsidir. Gözlərini süzərək və ölünü xatırladan tərzdə pis, axmaq və boş baxışla baxar. Möminin baxışlarında nur var, işıq var, gözəllik var, sevgi var.
(A9 TV; 5 iyun 2016)
Allah Aydan bəhs edir, görürük. Ulduzlardan bəhs edir, görürük. Münafiqdən bəhs edir, münafiqi də görəcəyik. Kafirdən bəhs edir, kafiri də görəcəyik. Vəlidən bəhs edir, vəlini də görəcəyik. Quranda bəhs edilənlərin hamısını görəcəyik inşaAllah.
(A9 TV; 5 iyun 2016)
Münafiqin gözündə xain, kirli bir qayda vardır. İstədiyi zaman ağlayar, istədiyi zaman axmaqcasına baxar, istədiyi zaman narahat olduğunu ifadə etmək üçün ölüm huşsuzluğu keçirirmiş kimi heyvanda belə olmayan iyrənc, mənasız baxışla ətrafına baxar.
(A9 TV; 5 iyun 2016)
Hazırda şiələrlə sünnilərlə bir-birlərini qırıb keçirlər. Bəziləri bir-birlərinə qəribə formada kinlidirlər. Lakin daha sonra mehdiyyətlə heyrət ediləcək şəkildə qardaş olacaqlar. Vəhhabilər belə, çox coşğulu qardaş olacaqlar hamısı.
(A9 TV; 5 iyun 2016)
Münafiqin ruhunda qəsbkarlıq, oğruluq və bunu qanuni göstərmə meyli var. Hara getsə ruhunda bu var. Küfr əhlinin arasında da oğurluğa meyillidir, müsəlmanların arasında da oğurluğa meyillidir. İmtina edilməz xüsusiyyətlərindən biridir.
(A9 TV; 5 iyun 2016)
Türkiyəyə edilən bir hərəkət bütün dünyaya təsir edər. Türkiyəni bölməyə təşəbbüs etsələr, dünya ortadan bölünər. Ay bölünər, Günəş bölünər, hər yer bölünər. Parça-parça olar. Canlı heç nə qalmaz. Qiyamət qopar.
(A9 TV; 5 iyun 2016)
Münafiqin üzündə kin və nifrət ifadəsi var. Şeytan ona deyəndə bunu dərhal tətbiq edər. Məsələn, şeytan; “üzünü turşut” deyir, “üzünə o donuq ifadəni ver”, “bərbad üz ifadəsi yarat”. Münafiq bunları dərhal edər. Müsəlman utanar, üzündə çirkin ifadə olmasından çəkinər. Allaha sığınar. Münafiq bunu sevə-sevə edər, dərhal edər.
(A9 TV; 4 iyun 2016)
Münafiqin dəlilik dərəcəsində yalan danışma xüsusiyyəti vardır. Həmişə uydurar. Diqqətlə dinlənsə bilmədiyi bir mövzu yoxdur münafiqin, dərhal uydurar, yəni həmişə yalançıdır.
(A9 TV; 4 iyun 2016)





