Necə ki, biz cəhənnəmi gördükdə cənnətin qiymətini daha yaxşı anlayırıqsa, cəhənnəm əhli kimi olan münafiqi gördükdə də müsəlmanların və imanın qiymətini daha yaxşı anlamış olarıq. Müqayisə aparmağa imkan yaradar.
(A9 TV; 8 iyun 2016)
Müsəlmanların sevinci münafiqdə zəhər təsiri yaradar.
(A9 TV; 8 iyun 2016)
Münafiq müsəlmanların arasında etdiyi pisliyi, əxlaqsızlığı, küfr əhlinin arasında da çox rahat edəcəyini zənn edir. Hər yerdə edərəm deyir. Halbuki müsəlman Allahdan qorxduğu üçün şəfqətlidir. Lakin Allah küfr əhlinin arasında həlak edir.
(A9 TV; 8 iyun 2016)
Rəsulullah (s.ə.v) dövründə də münafiqlər həmişə oğru idi. Həmişə qəsbkar, əxlaqsızdılar. Müsəlmanların malını, mülkünü oğurlamağa meyilli idilər.
(A9 TV; 8 iyun 2016)
İngiltərə dərin dövləti münafiqləri dünya səviyyəsində təşkil edən bir sistemdir. İngiltərə dərin dövləti Müsəlmanların arasına bu şeytanlarından bir və ya bir neçəsini daxil etdi. Buna qarşı diqqətli olunmalıdır.
(A9 TV; 8 iyun 2016)
Üstün ağıl, İngiltərə dərin dövlətidir. Chatham House da bunların beynidir. O beynin məktəbidir.
(A9 TV; 8 iyun 2016)
Darvinizm Allahı inkar edən dəccaliyyətin inancıdır. Allahı inkar etmə fəlsəfəsidir.
(A9 TV; 8 iyun 2016)
Darvinist düşüncə Türkiyədə Allahı inkar edən düşüncədir. Biz İslam aləminin qəlbiyik. Bizə darvinist materialist təhsil olmaz. Biz qabaqcıl olaq, İslam aləmi də bizdən nümunə götürsün.
(A9 TV; 8 iyun 2016)
Bu günə qədər münafiq tam təsvir edilmədiyi üçün (Quranda var, lakin insanlar həyata keçməyini bilmir) münafiqlər İslam aləmində əllərini qollarını yelləyərək fəaliyyət göstərirlər. Lakin münafiqi çox açıq təsvir etsən, hər kəs də su kimi əzbərləsə münafiq zehniyyətin dünyada həyat sahəsi qalmamış olar.
(A9 TV; 6 iyun 2016)
Münafiqin rəzil-rüsvay edilməsi, çox yaxşı tanıdılması, dünyada sanki yaşaya bilməyəcək hala gətirilməsi, hz. Mehdi (ə.s) dövründə olacaq. Buna görə də, hər münafiq o münafiq əlamətlərindən, nifaqdan məcburən imtina etmiş olacaq. Mehdi (ə.s) dövründə heç bir nifaq əlaməti görülməyəcəkdir.
(A9 TV; 6 iyun 2016)





