İngiltərə dərin dövlətinə təslim olan bəziləri homoseksuallıq təbliğatı aparır, darvinizmi izah edib, Quranı yaşanmayacaq hala gətirirlər. Rumiliyi izah edib, Quranın yerinə başqa bir din gətirməyə çalışırlar, əsil bunlar şeytanın hipnozudur.
(A9 TV; 17 avqust 2016)
İngiltərə dərin dövlətinin tələsinə düşənlər, onların “intellektual, millətə yuxarıdan aşağı baxmağa çalışan, ədabaz və təcavüzkar” məntiqlərini mənimsədilər.
(A9 TV; 17 avqust 2016)
Bir insan sevgi insanı olmağı deyil, dəhşət və zorakılıq insanı olmağı seçirsə bu dəccaliyyətdir.
(A9 TV; 17 avqust 2016)
Ordu xarici hücuma görə təlimdən keçirilir, lakin o daxili hücumlara, məsələn, dövlət çevrilişinə və terrorist qiyamlara qarşı da təlimdən keçirilməlidir.
(A9 TV; 17 avqust 2016)
Rəhmətlik Türkeş MHP-li gəncləri bir ülkü istiqamətində çox gözəl yetişdirdi. Dövlət çevrilişinin qarşısının alınmasında ülkücülərin çox böyük əməyi oldu.
(A9 TV; 17 avqust 2016)
Hər hansı işğal və dövlət çevrilişi halına qarşı xalq, qanun və hüquqa uyğun olacaq şəkildə öyrədilməlidir.
(A9 TV; 17 avqust 2016)
“Dövlət çevrilişlərinə qarşı xalq necə mübarizə aparmalıdır? Çevriliş necə dayandırılar?” Dünyada bununla əlaqədar indiyədək görülmüş elmi iş yoxdur. Orduda dövlət çevrilişinin qarşısını alacaq bir mexanizm olmalıdır. Dövlət çevrilişinə qarşı orduya təhsil verilməlidir. Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur. Necə ki, işğala qarşı təhsil verilirsə, dövlət çevrilişinin qarşısını alacaq şəkildə əsgərin və polisin məlumatlandırılması və öyrədilməsi lazımdır. Dövlət çevrilişinə qarşı nə edilər, necə tədbir alınar, bunlar ümumiyyətlə bilinmir, xalq tamamilə bədahətən dövlət çevrilişinə qarşı dayanır.
(A9 TV; 17 avqust 2016)
İngiltərə dərin dövləti millətimizin darvinizmə qarşı müqavimətini və imanını nəzərə ala bilmədi. Darvinizmin fikrən çökməsi oyunlarını puç etdi. Əllərindəki digər bir üsul da daxili döyüşlər, bölünmə meydana gətirmək idi. Ələvi-sünni qarşıdurması yaratmaq istədilər, bu oyunları da əllərində qaldı. PKK-dan istifadə edərək bölünməni sürətləndirmək istədilər. Xalqa Öcalanı sevimli göstərməyə çalışdılar, bunun yalan olduğunu izah etdik. PKK-nın əsil üzünü göstərdik, beləliklə İngiltərə dərin dövlətinin əlindəki bütün oyunları puç etmiş olduq.
(A9 TV; 16 avqust 2016)
İngiltərə dərin dövlətinin bundan 100 il əvvəlki planının icrasını Atatürk və Kuvayı-Milliyə dayandırmışdı. Bu əsrdə yenidən sınayırlar. Türkiyəni parça-parça etmək, millətimizi Ankara və ətrafında kiçik bir sahəyə həbs etmək istəyirlər. Birlik olsaq heç nə edə bilməzlər.
(A9 TV; 16 avqust 2016)
İnsanlara filmlər və seriallarla da böyüklük və haşa ilah olmaq təlqini verilir. Şüur altı manipulyasiya edilir, buna qarşı diqqətli olmaq lazımdır.
(A9 TV; 16 avqust 2016)





