Türkiyəyə dost kimi görünən bəzi İngiltərə dərin dövləti tərəfdarları eyni ağılsız üsulu Osmanlı dövründə də işlətmiş və daha sonra Osmanlını parça-parça etmişdilər. Bu saxta dostluq görünüşünə heç kim aldanmamalıdır.
(A9 TV; 19 avqust 2016)
Münafiqlər özlərini İngiltərə dərin dövlətinə qəbul etdirə bilmək üçün mənasız heyranlıqla İngiltərə tarixini və mədəniyyətini öyrənirlər. Çünki münafiqlər üçün İngiltərə vətəndaşı olmaq, İngiltərə dərin dövlətinə tərəfdaş olmaq çox böyük mövzu olur. Əlbəttə ki, hər kəs bu niyyətlə etmir, lakin münafiq xarakterli insanlar üçün bu etdiklərinin xüsusi fəlsəfəsi, mənası var.
(A9 TV; 19 avqust 2016)
İngiltərə dərin dövləti münafiq xarakterini yaxşı bildiyi üçün geniş münafiq kütləsini nəzarəti altına aldı və onlardan istifadə edir.
(A9 TV; 19 avqust 2016)
Darvinizm dünyaya təqdim edilmiş bir tiryəkdir. İnsanlara (haşa) Allah yoxdur, dolayısilə vicdanınızla hərəkət etməyinizə ehtiyac yoxdur deyən batil dindir. Darvinizm insanların realist və ağıllı olmasına əngəl törədən, Allahın sənətini görə bilməyəcək hala gətirən qaranlıq, mərhəmətsiz dindir.
(A9 TV; 19 avqust 2016)
Mehdiyyətə öz aləmlərində əhəmiyyət verməyən üslublar işlədənlər istəsələr də, istəməsələr də mehdiyyətə xidmət edərlər.
(A9 TV; 19 avqust 2016)
Saxta mehdiyyət demək olar ki, bir dəstə insanla Türkiyəni təslim edəcəkdi. Saxta mehdiyyətlə mübarizənin yolu həqiqi mehdiyyət ruhudur.
(A9 TV; 19 avqust 2016)
Tayyib hocamdan xahiş edirik, İrana çox səmimi yaxınlaşsın. Şiə qardaşlarımıza şəfqətimizi çox səmimi ifadə etsin. Məzhəb fərqlərimiz əhəmiyyətli deyil. Biz şiələr ilə Quranda ittifaq edirik. İran, Rusiya və Pakistan ilə güclü ittifaq yaradaq.
(A9 TV; 19 avqust 2016)
Türkiyə NATO-ya da, Avropa İttifaqına da qarşı deyil. Lakin Rusiya və İranla mütləq dost və müttəfiq olacağıq. Boş yerə narahat olmasınlar.
(A9 TV; 19 avqust 2016)
Küfr əhli münafiqin hiyləgərliyinə, tənbəlliyinə, şəxsiyyətsizliyinə dözməz, dərhal alçaldar. Münafiq, müsəlmanların nəzakətindən istifadə etmək istəyər. Mömin səbirli olduğu üçün həlim və şəfqətli davranar. Buna görə də, münafiq çirkin əxlaqını yaşamaqda müsəlmanların tərəfini daha uyğun görər.
(A9 TV; 19 avqust 2016)
Hökumətimiz dost ölkələr haqqında açıqlama verərkən “qarşılıqlı mənfəət əlaqələri” ifadəsini heç işlətməsin. Türkiyə mənfəətə deyil, sevgiyə, fədakarlığa və gözəl əxlaqa əsasən hərəkət edir deyilməlidir. Türkiyənin məqsədi hər zaman sevgi və yaxşı niyyət olmalıdır.
(A9 TV; 19 avqust 2016)





