Dəccaliyyət insanların həyatı boş və mənasız olaraq görmələrini istəyir. Həyata dair təlqin etdiyi məqsəd yalnız iş sahibi olmaq, evlənmək, çoxalmaq, futbol matçı izləməkdən ibarət olur. Bu zaman insanların çoxu heç axirəti düşünmədən yaşayır, ölüm gəldikdə axirət ağıllarına gəlir.

(A9 TV; 22 avqust 2016)

Münafiqlərin oyunlarına, özlərini müsəlman kimi tanıdıb İngiltərə dərin dövlətinə tərəfdaşlıq edənlərə, rumilik fəlsəfəsini yayanlara, İslamın yerinə rumiliyi yaymağa çalışanlara, homoseksuallığı qanuni kimi göstərməyə çalışanlara, Türkiyəni bölmək istəyənlərə, PKK ilə əməkdaşlıq edənlərə, küfr əhlinin istilasını təhlükəli deyilmiş kimi göstərməyə çalışanlara elmlə və irfanla icazə vermədik, verməyəcəyik.

(A9 TV; 22 avqust 2016)

Etiqadı yanlış belə olsa etiqadlı bir cəmiyyət etiqadsız olanlara üstün gələr. Bir dəstə inanclı, inancı və ideologiyası olmayanlara hakim olar. Əgər insanların əksəriyyətinin zehni boşdursa, bir ideologiyası və inancı yoxdursa, qarşı tərəfin inancı səhv də olsa, sayı az da olsa qalib gələr.

(A9 TV; 22 avqust 2016)

Qınayanın qınağından çəkinməyən, yalnız Allahdan qorxan, heç bir mənfəət arxasında olmayan, bütün həyatını İslama həsr edən, bütün mənliyi ilə İslama xidmət edən, səhabə əxlaqını, İslamı yaymaq üçün səy göstərən, müasir, ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan bir cəmiyyətik. Bizim bu xarakterimiz İslama qarşı olan bütün kütlələrə sanki mənəvi zərbə olur.

(A9 TV; 22 avqust 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)