Bəzilərinin izah etdiyi İslam anlayışının yaşanması qeyri-mümkündür, onsuz da ən yaxınları və hətta özləri belə izah etdiklərini yaşamırlar. Belə donuq, ağır, elmdən və incəsənətdən uzaq üslubla İslam izah edildikdə gənclərə, onları yetişdirə biləcək bir sistem meydana gəlmir.

(A9 TV; 23 avqust 2016)

Donuq, dar düşünən, keyfiyyətsiz, incəliyi olmayan, Allahdan uzaq, sevgini və hörməti heç bilməyən özünə də hörməti olmayan bir nəsil meydana gəlir. Ruhu qaranlıq, bədəni də çirkli, demək olar ki, hər kəsdən nifrət edən bəzi gənclərin işlətdikləri üslub da həmişə faydasız olur.

(A9 TV; 23 avqust 2016)

PKK özünə inamını itirməmək, daha çox döyüşçü toplayacağı təbliğat aparmaq üçün hər gün mütləq aksiya keçirir. Bir yerdə PKK belə əzmlə mübarizə apararkən, əsgər və polis canları bahasına mübarizə apararkən digər yerdə sanki heç nə yoxmuş kimi davranılır. Bir çox insanın danışdığı mövzu futbol matçı, yarışma proqramı, evlilik və s. olur. Tezliklə milli şüur dərslərinin keçirilməsi və maarifləndirmənin artırılması vacibdir.

(A9 TV; 23 avqust 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)