Ölkə olaraq Suriyada da, İraqda da müasir dindarlığın yaranmasına töhfə verək. Bütün bölgə ölkələri ittifaq içində olaq, nəhəng birlik yaradaq.
(A9 TV; 24 oktyabr 2016)
“Mosul, Kərkük muxtariyyət qazanacaq, siz də Cənub-Şərqi Anadolu bölgəsinə muxtariyyət statusu verin, sonra sizə qoşulacaqlar” iddiası böyük yalandır. Türkiyə bu oyuna düşməsin.
(A9 TV; 24 oktyabr 2016)
Türkiyə, Suriyanın da, İraqın da ərazi bütövlüyünü müdafiə etsin. İnşaAllah İslam Birliyi olduqda aramızda heç bir sərhəd qalmayacaq.
(A9 TV; 24 oktyabr 2016)
Təhlükəsizlik, enerji mənbələrinin istifadəsi, təhsil kimi məsələlərdə yerli idarəetmə səlahiyyət sahibi olacaqsa, bunun mənası bölünmə deməkdir. Qəbul etmərik.
(A9 TV; 24 oktyabr 2016)
Bir məsələdə tənqid etdiyimizdə, qarşımıza o insanın düzəlməsini məqsəd qoyarıq, yox olub əzilməsini istəmərik.
(A9 TV; 24 oktyabr 2016)
Allah Fironu belə doğru yola dəvət etməyi əmr edir. Biz hər kəsi cənnətə, haqqa dəvət etməklə məsuluq. Heç kimə kinlə yaxınlaşmarıq.
(A9 TV; 24 oktyabr 2016)
Münafiq Quranın açıq möhkəm hökmlərinə görə deyil, mütəşabih ayələri nəfsinə görə şərh edərək hərəkət edər.
(A9 TV; 24 oktyabr 2016)
Axırzaman texnologiyası münafiqlər üçün geniş imkanlar təqdim edir, buna görə tarixin ən azğın münafiqləri də bu dövrdə ortaya çıxır.
(A9 TV; 24 oktyabr 2016)
Münafiqi dünyada da, axirətdə də həmişə rüsvayçılıq gözləyir.
(A9 TV; 24 oktyabr 2016)
Münafiq söz dolandırandır. Həmişə sözləri yerindən oynadar və sözləriylə saxtakarlıq edər. Yalan uydurandır.
(A9 TV; 24 oktyabr 2016)





