Bədiüzzaman mehdiyyətdən bütün təfərrüatlarıyla bəhs edib. Hz. Mehdinin hicri 1400-cü ildə gələcəyini müjdələyib və özünün Mehdiyə zəmin hazırladığını deyib.
(A9 TV; 25 oktyabr 2016)
Əyalət sisteminə, federasiyaya keçid olmadıqdan sonra, yerli rəhbərliklər gücləndirilərək muxtariyyət yaradılmadıqca prezident idarəetmə sistemi narahat etməz. Türkiyənin bölünməsinə azacıq da olsa ehtimal yaradacaq bir sistemi millət olaraq istəmirik. Bələdiyyələrin gücləndirilməsi müəyyən şəkildə muxtariyyət və bölünməyə çevrilə bilər, buna qarşı bütün hüquqi tədbirlər alındığından əmin olunmalı. Konstitusiya federasiya və muxtariyyət üçün referenduma qətiyyən imkan verməməlidir, hər təfərrüat düşünülüb tədbir alınmalıdır.
(A9 TV; 25 oktyabr 2016)
Şeyx Əhməd Yasin hocamız Bursanın nurudur, həm seyid, həm də şərifdir, çox yaxşı insandır. Allah xeyirli uzun ömür nəsib etsin.
(A9 TV; 25 oktyabr 2016)
Hormon sistemi ayrılıqda möcüzədir. Sümük, əzələ, orqan, hər şey hormonun nə demək istədiyini anlayır və tam tətbiq edir. Məsələn, adrenalin hormonunu bütün orqanlar tanıyır, adrenalinin əmrini hamısı tam tətbiq edir. Gecikmə, xəta, nə edəcəyini bilməmək halları olmur.
(A9 TV; 24 oktyabr 2016)
Allahın sənətini yaddaşda asanlıqla qala biləcəyi kimi anlamaq və heyrətlənmək çox əhəmiyyətlidir. Allahdan heyrətlənmə gücü istəmək lazımdır.
(A9 TV; 24 oktyabr 2016)
Türkiyənin eqoist millətçilik anlayışı yoxdur. Bölgədəki bütün xalqlar bizim qardaşımızdır. Mühüm məsələ könülləri qazanmaqdır.
(A9 TV; 24 oktyabr 2016)
Küçədə verilən yeməyi əl ilə alıb yemək sağlamlıq cəhətdən çox təhlükəlidir. Təmizlik məsələsində xalqın məlumatlandırılması lazımdır.
(A9 TV; 24 oktyabr 2016)
Rumilik İngiltərə dərin dövlətinin dinidir və buna görə dünya səviyyəsində dəstəklənib yayılır.
(A9 TV; 24 oktyabr 2016)
İngiltərə dərin dövlətinin istifadə etdiyi rumilik xalqımızın bildiyi Anadolu mövləviliyi deyil. Dinsizliyin hakim olduğu tamam ayrı fəlsəfədir.
(A9 TV; 24 oktyabr 2016)
Türkiyə nə Mosul, nə Kərkük, nə də Suriyada hər hansı yeri ilhaq etməyi düşünmür. Biz sadəcə hər kəslə qardaş və dost olmaq istəyirik.
(A9 TV; 24 oktyabr 2016)





