Münafiqlər məsələsinə əhəmiyyət verməmək şeytana fürsət vermək olar. Münafiq şeytanın əsgəridir və ən qorxduğu şey ifşa olmaqdır. Münafiqlər məsələsi ətalətə gəlməz, bu gün izah etməyək desən, vərəm mikrobu kimi dərhal inkişaf etməyə başlayar.
(A9 TV; 7 noyabr 2016)
Hz. İsa palçıqdan quş düzəldir, quş canlanıb uçur, hz. Musanın əsası bir anda ilana dönür. Quranda təkamül vardır deyənlər, bu hadisələri izah edə bilməzlər.
(A9 TV; 7 noyabr 2016)
PKK ideologiyasının guya elmi olduğunu, ailə, din və əxlaqın olmadığı rejimə qayıtmaq üçün apardıqları mübarizənin elmi olduğunu iddia edir. Darvinizm də bunu deyir. Orta məktəb dərsliklərində bəhs edilən darvinist tarixlə PKK-nın bəhs etdiyi arasında fərq yoxdur. Birtərəfli darvinist təhsil bitməlidir. Buna görə də, dövlətin mütləq darvinizm, kommunizm və materializmə qarşı elmi hesablaşma içində olması lazımdır.
(A9 TV; 7 noyabr 2016)
Terrorla mübarizə aparmağın ən təsirli yolu şiddətin elmi kökünə getməkdir. Bu da darvinizmə elmi yolla cavab verməklə mümkün olar.
(A9 TV; 7 noyabr 2016)
İngiltərə dərin dövləti mehdiyyətin haqq olduğunu gördüyü üçün mehdiyyətin çıxacağı yerlərdə qarışıqlıq yaratmağa çalışır.
(A9 TV; 7 noyabr 2016)
İnsanların əksəriyyəti bilməsə belə mehdiyyətin təsiri altına girəcək və sülhə, əmin-amanlığa və sevgiyə yönələcək. Döyüşlər bitəcək.
(A9 TV; 7 noyabr 2016)
Allah ağlın ixtiyarını yox edəcək heç nə etməz. Çünki o zaman imtahan olmaz. Möcüzələr də heç vaxt ağlın ixtiyarını almaz.
(A9 TV; 7 noyabr 2016)
Yaxşılıq anlayışı Qurana tabe olmaqla mümkündür. Hər kəsin öz ağlına görə yaxşılıq anlayışı olur. Əsil yaxşılıq isə Qurana tabe olmaqdır.
(A9 TV; 7 noyabr 2016)
Şirk, Allaha hörmətdə qüsur işləməyə cürət etməkdir. Hər şeyi Allahın etdiyini bildiyi halda, haşa Allah etməmiş kimi davranmaq çox çirkindir. Şirk sevgiyə hücum olduğu üçün Allah istəmir. Şirk çox böyük ağılsızlıqdır. Allah min bir gözəlliklə bitkiləri, meyvələri, heyvanları yaradır, “yox bunlar təsadüflə yarandı” deyirlər. Bu sevgiyə çox böyük hücumdur.
(A9 TV; 7 noyabr 2016)
Bədiüzzamanı, İmam Rəbbanini sevirik deyənlər, bu böyük şəxsiyyətlərin Mehdi gələcək dediklərindən heç danışmırlar.
(A9 TV; 6 noyabr 2016)





