Təqvanın güclənməsində, Allaha yaxınlıqda mənəvi liderlərin müsbət təsiri olar.
(A9 TV; 8 noyabr 2016)
İslamı boşuna şiddət dini kimi göstərməyə cəhd etməsinlər. İslam sevinc, keyfiyyət, incəsənət, sülh, gözəllik, nəzakət, nəciblik dinidir. İslam ən mükəmməl həyatın adıdır. Gözəl olan hər şeyin adıdır. Quranla bu həqiqəti bütün dünyaya göstərdik. Ənənəvi İslam anlayışına sahib olan bir çox insan bu sistemin səhvini, Quranın hakim olmasının lazım olduğunu başa düşdülər.
(A9 TV; 8 noyabr 2016)
Osmanlını yox edən, Yaxın Şərqi parça-parça edən, qan gölünə döndərən İngiltərə dərin dövlətidir.
(A9 TV; 8 noyabr 2016)
İngiltərə dərin dövləti bilinmədən nə Yaxın Şərq, nə də PKK bilinər. Hadisələrin arxasındakı qüvvə Amerika deyil, İngiltərə dərin dövlətidir.
(A9 TV; 8 noyabr 2016)
Quranda yalnız qanuni nəfsi müdafiə etməyə dair hökm var. Şiddətə dair heç bir hökm yoxdur.
(A9 TV; 8 noyabr 2016)
Yerli idarəetmələrin gücləndirilməsi çox təhlükəli addım olar. Daha əvvəl sınandı və necə fəlakətə səbəb olduğu göründü, yenidən sınamağa ehtiyac yoxdur.
(A9 TV; 8 noyabr 2016)
PYD/YPG ilə PKK-nın eyni olduğunu aylarla söylədik, lazımi xəbərdarlıqları etdik. Bəziləri YPG terror təşkilatı deyilmiş kimi hərəkət edirdi.
(A9 TV; 8 noyabr 2016)
Müsəlmanın müsəlmanı öldürməsini fəlakət kimi görməyən İslam aləmi, hər yerdə müsəlmanların əzilməsinə səbəb olur.
(A9 TV; 8 noyabr 2016)
Rusiya ilə Türkiyə ittifaq məsələsində ağır hərəkət etməsin, itiriləcək vaxt yoxdur, fitnə böyükdür. Çox sürətlə hərəkət edilməlidir.
(A9 TV; 8 noyabr 2016)
Allah elə gözəl imtahan mühiti yaradıb ki, yaxşıların nəcibliyi, keyfiyyəti də pislərin bütün alçaqlıq və səthi olduqları da tək-tək görünür.
(A9 TV; 8 noyabr 2016)





