Hələbdə hər kəs ac olarkən, Rohincada müsəlmanlar yandırılarkən, İraq, Suriya qan gölü vəziyyətində olarkən müsəlmanın tənbəlliyə qapılması çox çirkin olar.
(A9 TV; 2 dekabr 2016)
Mömin beyni yatmış olmamalıdır, həmişə fəal və dinamik olmalıdır. Huşsuz ruh halı möminə yaraşmaz.
(A9 TV; 2 dekabr 2016)
Möminlər tək ümmətdir və bir-birləri ilə çox gözəl uyğunlaşarlar. İman əhli olanların Qurana tabe olduqdan sonra aralarında problem çıxmaz.
(A9 TV; 30 noyabr 2016)
Şeytan itaətsizlik, qarşıdurma və anarxiya istəyər. Mütləq qarışıqlıq çıxartmaq istəyər. (Əraf surəsi, 12-13: (Allah) dedi: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm məni oddan, onu isə palçıqdan yaratdın”. (Allah:) “O zaman oradan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaqlardansan”.
(A9 TV; 30 noyabr 2016)
Kommunist fəlsəfədə həmişə ziddiyyət və qarşıdurma düşüncəsi vardır. Eynisi münafiqlərdə də var, səbəbsiz yerə qarşıdurma yaradarlar.
(A9 TV; 30 noyabr 2016)
Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir.
(A9 TV; 30 noyabr 2016)
Musəvilər vahid Allaha iman gətirən, incəsənətə, keyfiyyətə, nəzakətə əhəmiyyət verən, minlərlə ildir ki, hz. Musaya sədaqət göstərən gözəl insanlardır. Müsəlmanlarla musəvilərin arasının dəyməsini istəyən şeytandır. Düşünmədən kor-koranə musəvi düşmənçiliyi etmək Qurana uyğun deyil.
(A9 TV; 30 noyabr 2016)
Atatürk dəccaliyyətə qarşı mübarizə aparmış bir cür Mehdidir. Atatürkü bu müddət ərzində xalqa yanlış tanıtdılar. Atatürk müasir dindar idi.
(A9 TV; 30 noyabr 2016)
Əbdülhəmid dövründən bəri İngiltərə dərin dövləti haqqında heç kim danışa bilmirdi. Biz gündəmə gətirdikdən sonra hər kəs mövzunun əhəmiyyətini gördü.
(A9 TV; 30 noyabr 2016)
Ziyalılarımız və yazıçılarımızın İngiltərə dərin dövləti məsələsinə əhəmiyyət vermələri çox gözəldir. Rusiya və Türkiyə açıqca öz rəftarını göstərsə bu məsələ bitər. İngiltərə dərin dövləti ifşa edildiyi zaman fikri olaraq zərərsizləşər. Yaxın gələcəkdə hamımız birlikdə bunu görəcəyik inşaAllah.
(A9 TV; 30 noyabr 2016)





