İnsanların çoxu milyonlarla zombinin içində yaşadığını görmür. Savaşdıqları insanların müəyyən mənada zombi olduğunu bilmirlər. İnsan görünüşlü, ruhunu şeytanın ələ keçirtdiyi zombilər dünyanın hər tərəfində bəlaya səbəb olurlar. Bu, imtahanın xüsusi bir hissəsidir.

(A9 TV; 2 dekabr 2016)

Heyrətverici hadisələrdən biri də müsəlmanların çoxunun əsrlərdən bəri münafiqlər məsələsində laqeyd davranmış olmalarıdır. Quranda münafiqlər haqqında mindən çox ayə var, buna baxmayaraq, müsəlmanların çoxu münafiqləri Peyğəmbər dövründə yaşayıb keçmiş kəslər deyə düşünüblər.

(A9 TV; 2 dekabr 2016)

Münafiq nankordur. Allahın nemətlərinə şükür etməz, həmişə nankorluq edər və həmişə daha artığını istəyər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: “Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar ki, bizim üçün yerin yetişdirdiklərindən lobya, sarımsaq, mərcimək və soğan bitirsin”. (O zaman Musa:) “Xeyirli olanı, bu dəyərsiz şeylə dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır” demişdi. Onlara xorluq və yoxsulluq (möhürü) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.)

(A9 TV; 2 dekabr 2016)

Münafiq müəyyən mənada yaşayan ölüdür. Vücudundan şeytan istifadə edər. Ayədə “ölüm ayağında olan insan kimi baxarlar” ifadəsi də buna işarə edir.

(A9 TV; 2 dekabr 2016)

Münafiqdə ağlasığmaz dəli enerjisi vardır. Münafiqlər həmişə gözlənilməz, dəli tələblərlə ortaya çıxar və qarışıqlıq yaratmaq istəyərlər.

(A9 TV; 2 dekabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)