İsa Məsihin palçıqdan düzəltdiyi quşun o anda canlı olub uçması təkamüllə yaradılış var deyənlərə qəti cavabdır.
(A9 TV; 9 dekabr 2016)
Üst ağıl İngiltərə dərin dövlətidir. Bu üst ağılın Osmanlını parça-parça etdiyini bütün sənədləri ilə göstəririk.
(A9 TV; 9 dekabr 2016)
Müsəlmanların əziyyət görməməyini istəyən İslam Birliyini istəməlidir, Mehdi və İsa Məsihin gəlişi üçün dua etməlidir.
(A9 TV; 9 dekabr 2016)
Münafiq müsəlmanların yanında təkəbbürlüdür, lakin küfr əhlinin yanında acizdir. Küfr əhli münafiqlərin alçaqlığını bildiyi üçün onları çox alçaldar.
(A9 TV; 9 dekabr 2016)
Münafiq şərəfsiz olduğu üçün yalan söyləməkdən utanmaz, insanın gözünün içinə baxa-baxa yalan söyləyər. Münafiq yalan söyləyərkən üzərində yalan söyləməkdən irəli gələn heç bir narahatlıq olmaz. Bu arsızlığın səbəbi şeytanın nəzarəti altına girməsidir. Münafiqin ağzından yalan, su kimi axar. Yalanlarının ardı-arxası kəsilməz.
(A9 TV; 9 dekabr 2016)
Münafiq müsəlmanlara sevgi göstərirsə, bunun ardınca mütləq xainlik və pislik gələcək deməkdir.
(A9 TV; 9 dekabr 2016)
Münafiq ən dostyana göründüyü anda ən böyük xainliyi edər. Müsəlmanın ayıq-sayıq olduğu dövrdə münafiq hücum etməz.
(A9 TV; 9 dekabr 2016)
Münafiq müəyyən mənada ov iti kimidir. Münafiqin izini təqib edərək küfr əhlinin və münafiqlik sisteminin bütün quruluşları müəyyən edilə bilər.
(A9 TV; 9 dekabr 2016)
Münafiq cəmiyyət mikrobudur. 2 nəfər tapsa dərhal yalan söyləməyə başlayar, Allaha, dinə zidd ruh halına keçər. Hz. Musa dövründə münafiqlər bir neçə paxla, soğan, sarımsaq üçün hz. Musanı tək qoyub Fironun yanına qayıdırlar. Münafiq bu dərəcə alçaqdır. Münafiqlərin etdiyi pisliyi peyğəmbərlər xeyirə döndərərlər. Samiri büt düzəldir, Musa bütü əzib dənizə atıb Manna ilə qövmə bərəkət gətirir.
(A9 TV; 9 dekabr 2016)
Münafiq vicdansızlığın və əxlaqsızlığın nə olduğunu bilər. Bilə-bilə əxlaqsızlıq edər. Keyfiyyətli münafiq dediyimiz zaman kütlələri yönləndirə bilən lider xüsusiyyətindəki münafiqləri nəzərdə tuturuq. Məsələn, Samiri də keyfiyyətli münafiqdir. Samiri də kütləni yönləndirməyi hədəfləyir; “mən sizi keçmiş görkəmli günlərinizə qaytaracağam, Musa haşa öz dinini unutdu” deyə ortaya çıxır. Samiri müsəlmanları həmişə yoran, enerjilərini yox edən fəaliyyət göstərir. Əvvəlcə qızılları götürüb səhrada daşıtdırır, sonra ocaq qalatdırır. Sonra qəlib düzəltdirir. Çox sayda müsəlmanı qızıldan buzovu düzəltmək üçün məşğul edir, hər gün ayrı bir iş çıxardır. Samiri təkcə pis mənfəətini düşünür. “Siz Musanın yanında dəyişməz həyat tərzi yaşayırsınız, mən həyatınıza yenilik gətirəcəyəm, hər növ yemək olacaq” deyir
(A9 TV; 9 dekabr 2016)





