Münafiq vicdansızlığın və əxlaqsızlığın nə olduğunu bilər. Bilə-bilə əxlaqsızlıq edər. Keyfiyyətli münafiq dediyimiz zaman kütlələri yönləndirə bilən lider xüsusiyyətindəki münafiqləri nəzərdə tuturuq. Məsələn, Samiri də keyfiyyətli münafiqdir. Samiri də kütləni yönləndirməyi hədəfləyir; “mən sizi keçmiş görkəmli günlərinizə qaytaracağam, Musa haşa öz dinini unutdu” deyə ortaya çıxır. Samiri müsəlmanları həmişə yoran, enerjilərini yox edən fəaliyyət göstərir. Əvvəlcə qızılları götürüb səhrada daşıtdırır, sonra ocaq qalatdırır. Sonra qəlib düzəltdirir. Çox sayda müsəlmanı qızıldan buzovu düzəltmək üçün məşğul edir, hər gün ayrı bir iş çıxardır. Samiri təkcə pis mənfəətini düşünür. “Siz Musanın yanında dəyişməz həyat tərzi yaşayırsınız, mən həyatınıza yenilik gətirəcəyəm, hər növ yemək olacaq” deyir

(A9 TV; 9 dekabr 2016)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)