Özü daxil olmaqla hər kəsdən nifrət edən, təmizlikdən xəbərsiz, mədəniyyət səviyyəsi aşağı bir kütlə var. Bu kəslərə təhsil verilməsi əhəmiyyətlidir. İsrarla doğruya çağırmaq lazımdır. Bunların söz ehtiyatları 200-ü keçmir. Reaksiyaları primitivdir. Nəzakətləri yoxdur. Hər şeyə təcavüzkar yanaşırlar, lakin öyrədilmələri mümkündür.

(A9 TV; 1 yanvar 2017)

Televiziya verilişlərində ümumiyyətlə saatlarla uzun-uzadı hikmətsiz sözlər danışırlar. Demək olar ki, heç həll yolu göstərən sözlər danışmırlar. Məsələn, saatlarla qadınların paltarına qarışır, təhsil əsas şərtdir deyirlər. Lakin təhsilin necə olmasının lazım olduğunu söyləmirlər. Quranın kafiliyindən, Allah sevgisi və Allah qorxusundan bəhs etmək lazımdır. Mövcud darvinist təhsillə təzyiqçi, şiddəti müdafiə edən insanlar yetişir. Bu kəslərin zehniyyətini dəstəkləyənlər də var. Bunlara qarşı həll yolu Quran ruhudur.

(A9 TV; 1 yanvar 2017)

Terror hücumlarından sonra içə qapanmaq, sevincdən, həyatdan imtina etmək düzgün üsul olmaz. O zaman terror məqsədinə nail olmuş olar. İnsanları matəmə çağırmaq düzgün deyil. Onsuz da terrorun məqsədi Türkiyənin sevincini yox etmək, normal həyata mane olmaqdır. Bu oyuna düşməmək lazımdır. İnsanları matəmə çağırmaq əvəzinə “bizi belə ruhdan sala bilməzlər, həyat sevincimizi əlimizdən ala bilməzlər, əhvalımızı korlaya bilməzlər” deyilməlidir. Terror hücumlarından sonra ağıllı yanaşmaq əhəmiyyətlidir. Qəlbən buğz edilər, lazımi tədbirlər alınar, lakin həyat sevincini tərk etmək olmaz.

(A9 TV; 1 yanvar 2017)

Türkiyə müasir ölkədir. Hər düşüncəyə sahib insanın istədiyi kimi yaşaya bildiyi ölkədir. Bu mövzuda geriləmə olmasını qəbul etmərik.

(A9 TV; 1 yanvar 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)