Dəccal insanların xoşbəxt olmasını istəməz, insanları özünə haşa qul olmağa məcbur etmək üçün onların həyat sevincini əllərindən alar. Dəccal sevincə, xoşbəxtliyə, gözəlliyə, birlik və həmrəyliyə, ən çox da imana və Qurana hücum edər. Bu hədəfləri yaxşı bilmək lazımdır.
(A9 TV; 2 yanvar 2017)
Hədisdə hz. Mehdinin hökmünün Xızırın hökmü kimi olacağı bildirilmişdir. Hz. Mehdi də Xızır (ə.s) xarakterinə malikdir.
(A9 TV; 2 yanvar 2017)
Şiə də, sünni də tərtəmiz müsəlmandır. Şiə qardaşlarımız hz. Əli aşiqidir, Mehdi aşiqidir. Şiələr, ələvilər bizim baş tacımızdır. Sünnilər də, şiələr də çox əzab çəkdilər, artıq iki qardaşın bir-birinə sarılması vaxtıdır. Birlik olsaq dəccaliyyəti tam məğlub edərik inşaAllah.
(A9 TV; 2 yanvar 2017)
Məqbul və normal yaşamaq olduğu halda, münafiqin həmişə pislik və əxlaqsızlıq içində yaşamaqda israr etməsi bir növ möcüzədir.
(A9 TV; 2 yanvar 2017)
Şiə və sünni qarşıdurması yaratmağa çalışan, nifrət ifadələri işlədənlər bilərəkdən və ya bilməyərəkdən dəccala tabe olmuş olurlar.
(A9 TV; 2 yanvar 2017)
Hədisdə dəccalın fil orduları vardır deyilir. İngiltərə I Dünya müharibəsi vaxtı ordusunda fillərdən istifadə etmişdi.
(A9 TV; 2 yanvar 2017)
Şiə-sünni qarşıdurması yaratmaq üçün həm saxta sünni, həm də saxta şiə alim görünüşlü kəsləri meydana çıxardıb nifrətli söhbətlər etdirirlər.
(A9 TV; 2 yanvar 2017)
Dəccal əvvəlcə alim biri kimi ortaya çıxar, daha sonra peyğəmbərlik və sonra da ilahlıq iddia edər. Yanındakılara cənnət vəd edər.
(A9 TV; 2 yanvar 2017)
İslam aləmi birləşmədən, İslam Birliyi olmadan, Mehdi və İsa Məsih zahir olmadan dəccaliyyətin fikri olaraq ölməsi deyə bir şey olmaz. Heç bir ölkə təkbaşına dəccaliyyətə müqavimət göstərə bilməz. Mütləq ittifaq etmək, birlik olmaq lazımdır.
(A9 TV; 2 yanvar 2017)
Dəccaliyyət haşa ilahlıq iddiası ilə ortaya çıxdığı üçün ruhdan düşməz. Can almaqdan, terrordan, anarxiyadan imtina etməz. Dəccal terror törədib insan öldürərkən haşa özünün ilah olduğunu sübut etməyə çalışar, “can alaram, can verərəm” deyə mesaj verər. Tarixdəki dəccallar da can alıb, can verdiklərini iddia ediblər. Firon da, Nəmrud da insan öldürüb diriltdiyini söyləyib ilahlıq iddia ediblər.
(A9 TV; 2 yanvar 2017)





