Müsəlman əxlaqi cəhətdən çökmüş, nifrətə qərq olmuş, korlanmış insanları xilas etməyi hədəfləyər. Onların qurtulması üçün səy göstərmək ibadətdir. Müsəlman birinci növbədə müsəlmana deyil, İslamı heç tanımayan, şeytanın təsirinə qapılmış insanlara təbliğ edər. Bizim əsil təbliğimiz bu kütləyədir.
(A9 TV; 8 yanvar 2017)
Bizim israrla gündəmdə saxlamağımızdan sonra bütün ziyalılarımız, siyasətçilərimiz, yazıçılarımız İngiltərə dərin dövlətinin üst ağıl olduğunu söyləyir.
(A9 TV; 8 yanvar 2017)
Müsəlmanın hər şeyi Allah üçündür. Allah üçün yaşayar, Allah üçün ölər.
(A9 TV; 7 yanvar 2017)
Quranda qadının döyülməsi ilə bağlı hökm yoxdur. Bu, Qurana və İslama böhtandır.
(A9 TV; 7 yanvar 2017)
Qadınlara azadlıq verməyən şirk dinidir. Şirk dini İslam deyildir. Quran dini qadınlara mümkün qədər azadlıq verər. Şirk dinində qadın haşa heyvandan aşağı hesab edilir və mərhəmətsizcə əzilir. Buna görə də şirk dini olan yerdə bərəkət olmur.
(A9 TV; 7 yanvar 2017)
Səmimi mömin, yaxşı insan əsla çirkin olmaz. Allah onu mütləq gözəlləşdirər.
(A9 TV; 7 yanvar 2017)
Pişiklər sevgini çox gözəl bilən çox fövqəladə varlıqlardır. İnsanlar pişiklərin şirinliyini və qiymətini hələ yeni-yeni anlayır.
(A9 TV; 7 yanvar 2017)
Qadınlara ağlasığmaz təzyiq göstərildiyi bir din İslam ola bilməz. Qadınları küçəyə çıxartmır, gülmələrinə icazə vermir, 99%-i cəhənnəmə gedəcək deyirlər. Allahın qullarını əzsən, Allah da səni əzər. Qadınları əzən anlayış İslam deyil. Şirk dinidir. İslamda belə zülm yoxdur.
(A9 TV; 7 yanvar 2017)
İngiltərə dərin dövləti dünya miqyasında dəstəkləmədən heç bir terror təşkilatı yaradıla bilməz, yaşaya bilməz. İŞİD-i yaradan da İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövləti bu gün PKK-ya çəkilin desə, PKK dərhal çəkilər. Heç bir fəaliyyəti qalmaz. Dərin dövlətin dəstəyi ilə fəaliyyət göstərirlər.
(A9 TV; 7 yanvar 2017)
İngiltərə dərin dövlətinin dünyadakı hakimiyyətini bütün dəlilləri ilə sübut edirik, bəzilərinin qəbul etməməsi bu həqiqəti dəyişdirməz.
(A9 TV; 7 yanvar 2017)





