Din ənənəpərəst müsəlmanların göstərdiyi kimi çətin deyil, asandır. Şirkə alışanlar dinin asan olduğunu gördükdə heyrətlənirlər. (Həcc surəsi, 78: Allah üçün lazım olduğu kimi mübarizə aparın. O, sizi seçmiş və dində sizin üçün heç bir çətinlik yaratmamışdır, atanız İbrahimin dini(ində olduğu kimi). O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar” olaraq adlandırdı; elçi sizə şahid olsun, siz də insanlara şahid olasınız deyə. Artıq doğru-düzgün namazı qılın, zəkatı verin və Allaha sarılın, sizin mövlanız Odur. Budur, necə də gözəl mövla, necə də gözəl köməkçi.)

(A9 TV; 8 yanvar 2017)

Peyğəmbərimiz (s.ə.v) Mehdinin müqəddəs əmanətlərlə zühur edəcəyini söyləmişdir. Müqəddəs əmanətlər İstanbuldadır. Mehdi İstanbulda zühur edəcək.

(A9 TV; 8 yanvar 2017)

Mən 1979-cu ildə təbliğə Memar Sinan Universitetində başladım. Memar Sinan Universiteti o dövrdə marksizmin qalası mövqeyində idi. Əsil məqsədim həmişə təbliğ oldu. “Kübar cəmiyyət” deyilən təbəqə ilə müsəlmanların əlaqəsi demək olar ki, sıfır idi. O cəmiyyətdə ilk təbliği biz etdik, İslamla əlaqələrinə vəsilə olduq. Bir çox müsəlmanın girməyi belə düşünmədiyi Saint Benoit, Avstriya Lisesi, Dost Kolleci, Robert Kollec kimi təhsil müəssisələrində ilk təbliği biz etdik.

(A9 TV; 8 yanvar 2017)

Bir çox müsəlman meyhanədəkı insana, klubdakı insana təbliğ etməz. Lakin biz edərik. Bu insanların üzünə qapını örtmək olmaz, biz onlar üçün zəhmət çəkəcəyik. Rəsulullah (s.ə.v) də Ukaz bazarında dindən ən çox uzaq kəslərin arasında təbliğ edirdi. Biz də İslamdan ən uzaq insanlara təbliğ edəcəyik.

(A9 TV; 8 yanvar 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)