Çe Gevara; “insanı soyuq bir ölüm maşınına döndərək” deyən biridir. Gənclərə nümunə göstəriləcək biri deyildir. Terrorla dövləti dağıtmağa əzm etmiş Çe Gevara kimilərini gəncliyə nümunə göstərmək cinayətdir. Çeni müdafiə etməklə Öcalanı müdafiə etmək arasında fərq yoxdur. “Mənim marksistliyim kök saldı, saf hala gəldi. MƏN SİLAHLI MÜBARİZƏYƏ QƏTİ OLARAQ İNANIRAM” deyən Çeni müdafiə etmənin Öcalanı müdafiə etməkdən fərqi yoxdur. Çe cinayət işləməkdən zövq alan, insanların kəlləsinin parçalanmasını izləməkdən zövq alan biridir. Təbliğ ediləcək insan deyildir.

(A9 TV; 10 mart 2017)

Biz sərhədimizdə İngiltərə dərin dövlətinə xidmət edən, İslam Birliyinə mane olacaq kommunist dövlət istəmirik. Kürdlər bizim canımızdır. Bərzaninin İraq və Suriyada beynəlxalq qanunlara uyğundursa müasir və ziyalı bir dövlət yaratması millətimizi narahat etməz. Region dövlətləri razılaşar, Birləşmiş Millətlər Təşkilatı qəbul edər, beynəlxalq qanunlara da uyğun olsa Bərzani və kürdlərin Suriya və İraqda dövləti olması gözəl olar.

(A9 TV; 9 mart 2017)

Düşüncələrinə görə qədəhi, meyvə suyu şüşəsini, ətiri, hər şeyi haram edirlər. Halbuki Allah, yalan söyləyib halalı haram etməyin deyə buyurur. (Nəhl surəsi, 116: Dilinizin uydurduğu yalana əsasən buna halal, ona haramdır deməyin. Çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.)

(A9 TV; 9 mart 2017)

Mövhumatçılar atasının qızına sevgi göstərə bilməyəcəyi, ananın oğlunun yanında yaşaya bilməyəcəyi dünyanı din kimi göstərirlər. Bu çox qorxuncdur. Bu şirk dinidir. “Şəkil çəkdirmək, portret asmaq, musiqi dinləmək, rəqs etmək, gülmək mən hamısını edərəm, lakin haram olduğunu bilirəm” deyirlər. Halbuki bunlar haram deyil, halaldır. Müsəlman Allahdan qorxar və haram məsələsində diqqətcildir. Haram olanı etməz. Bu məntiqdə olanlar öz aləmlərində müsəlmanların əlindən halal olan bütün nemətləri almaq istəyirlər. Musiqi, rəqs, incəsənət, keyfiyyət, elm, gözəllik, əyləncə haram deyil. Həmçinin haram olduğunu düşünüb buna baxmayaraq, bütün bu hərəkətləri edib sonra da müsəlmanlara ağıl vermək çox böyük səmimiyyətsizlikdir.

(A9 TV; 9 mart 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)