Hal-hazırda Türkiyəyə istiqamətli həmlə çox sərt görünür. Əvvəlcə nə etməyi planlaşdırdıqlarını tam müəyyənləşdirək, ona görə ağıllı, təsirli cavab verək.
(A9 TV; 11 mart 2017)
İngiltərə dərin dövləti Türkiyəni yalqız vəziyyətə gətirməyə çalışır. Bu oyunu puç etmək üçün edilməli olan əvvəlcə sakitləşdirici olmaqdır. Türkiyə sakit, sakitləşdirici, mehriban üslubla qurulan bütün oyunları puç edə bilər. Ölkələr arası gərginlik deyil, dostluq gözəl olandır. Sərt sözlərlə nəticə alınmayacağı üçün diplomatik sanksiyalar tətbiq etmək bir yol ola bilər. Ticarət əlaqəsi kəsilə bilər, səfirlər geri çağırıla bilər, lakin bütün bunların əvəzinə mümkün qədər dostluğu möhkəmləndirəcək addımlar atmaq daha düzgün olar.
(A9 TV; 11 mart 2017)
Türkiyə həmişə sakitləşdirici, etidallı, keyfiyyətli mövqedə olmaq məcburiyyətindədir. Türkiyənin ənənəsinə və əxlaqına yaraşan budur. Sakitləşdirici olaq.
(A9 TV; 11 mart 2017)
Avropa səviyyəsində Türkiyəni yalqız hala gətirməyə istiqamətli siyasət var. Bu siyasətin qarşısını almaq üçün Türkiyə həmişə yetkin və etidallı davranmalıdır.
(A9 TV; 11 mart 2017)
Son dövrlərdə Peyğəmbərimiz (s.ə.v)-i nümunə göstərmək əvəzinə Çe Gevaranı nümunə göstərirlər. Dövləti dağıtmağa əzm etmiş insan nümunə ola bilməz.
(A9 TV; 11 mart 2017)
Əvvəl və sonra məfhumu, yəni zaman insan üçün qüvvədədir. Zaman insanın bir qavrayışıdır. Allah zamandan asılı deyil.
(A9 TV; 10 mart 2017)
Müsəlmanların bu qədər əzilməsinin əsas səbəbi xurafata əsaslanan mövhumatçı sistemdir. Qurtuluş çarəsi isə Quran İslamıdır.
(A9 TV; 10 mart 2017)
Xurafatlara əsaslanan mövhumatçı sistemin dəhşət verici həyat anlayışı var. Ya Quran İslamını, ya da bu qorxunc dünyanı qəbul edəcəklər. Çimərlik geyimiylə gəzən bacısına, anasına əxlaqsız gözlə baxacağını, 3 yaşında uşağın şortla gəzə bilməyəcəyini söyləyən zehniyyət xurafat dinidir. İslamafobiyanın inkişafına səbəb olan anasını, atasını, uşağı potensial cinsi təhlükə hesab edən, qadın və dekolte əleyhinə olan mövhumatçılıqdır.
(A9 TV; 10 mart 2017)
Bəziləri fasiq müsəlman anlayışını müdafiə edir; “mən heç bir hökmə tabe olmuram, lakin sizə ağıl verərəm” deyir. Qurana görə fasiqin sözünə etibar edilməz.
(A9 TV; 10 mart 2017)
Türkiyənin Rusiya ilə dostluq həmlələri çox doğru və gözəldir. Ruslar təmiz və gözəl xalqdır.
(A9 TV; 10 mart 2017)





