Türkiyəni bölməyə cəhd etmək İslam Birliyinə mane olmaq deməkdir. Buna cürət edən olsa dünyada hər şey darmadağın olar.
(A9 TV; 27 mart 2017)
Tayyib hocamın cübbəli Lourenslər vardır deyərək, İngiltərə dərin dövlətinə diqqət çəkməsi çox gözəl olub. Bu səmimi üslubunu alqışlayırıq. Tayyib hocam nə sünniyəm, nə də şiəyəm deyərək, İngiltərə dərin dövlətinin islam aləmini parçalama oyununa ən təsirli zərbəni endirdi maşaAllah.
(A9 TV; 27 mart 2017)
Kürdlər çox gözəl insanlardır. Kürdlərlə biz hz. Adəmdən indiyədək qardaşıq. Bizim qardaşlığımızı heç kim poza bilməz.
(A9 TV; 27 mart 2017)
Ənənəvi ortodoks sistemi müdafiə edənlər izah etdikləri həyatı özləri də yaşamırlar. Yaşanması mümkün olmayan bir həyatı izah edirlər.
(A9 TV; 26 mart 2017)
Qurana görə dində təzyiq yoxdur. Heç kimi müsəlman olmaq üçün məcbur edə bilməzsən, təzyiq və zorlamaq insanları münafiq edər.
(A9 TV; 26 mart 2017)
İran ilə Türkiyə dostdur. İrandan qonaqlarımız tez-tez Türkiyəyə gəlsinlər, hamısını ən gözəl şəkildə qonaq qəbul edək.
(A9 TV; 26 mart 2017)
İngiltərə dərin dövlətinin bütün tələlərinə qarşı millət olaraq Tayyib hocamın yanındayıq. Könlü çox rahat olsun.
(A9 TV; 26 mart 2017)
Musiqiyə, heykələ, rəsmə, dekolteyə, gözəlliyə qarşı o qədər qarşıdırlar ki, heç cür nemətləri qəbul edə bilmirlər. Məkkəli müşriklər də belə idi. Əyləncəni, baxımlı olmağı, azadlığı özləri üçün haqq hesab edir, lakin qadınların da haqqı olduğunu heç cür qəbul edə bilmirdilər.
(A9 TV; 26 mart 2017)
15 iyul çevrilişinin arxasında İngiltərə dərin dövləti vardır. Bir tərəfdən Türkiyəyə yaxşı görünməyə çalışarkən, digər tərəfdən dövlət çevrilişi planlaşdırırlar.
(A9 TV; 26 mart 2017)
Mövhumatçılıq ucbatından insanlar İslamı yaşadıqda həyatın bütün sevincini və gözəlliklərini itirəcəklərini zənn edirlər. Halbuki Quran İslamı yaşandığı zaman dünyanın bütün gözəllikləri insanın həyatında olar. İnsanlar həqiqi sevinc və xoşbəxtliyi tapar.
(A9 TV; 26 mart 2017)





