Tayyib hocamın gözəllik mütəxəssisləri ilə bir yerə gəlməsi müasirliyini göstərməsi baxımından çox gözəl olub.
(A9 TV; 29 mart 2017)
Bosfor boğazı körpülərində baş verən intihar hallarının qarşısını alacaq xüsusiyyətdə uca məftil və ya şüşə vasitəsilə mühafizə tədbirinin görünməsi lazımdır. Qəti olaraq maneə törədən tədbir alınmalıdır.
(A9 TV; 29 mart 2017)
Biz ağlı başında bir millətik. Referendum nəticəsində hər nə olsa da, qarışıqlıq çıxmaz. Qorxu yayan üslubları heç kim işlətməsin. Biz demokratik ölkəyik, ilk dəfə referenduma getmirik. Nəticə istənilən halda vətən və millət üçün gözəl olar. Narahatlığa ehtiyac yoxdur.
(A9 TV; 29 mart 2017)
Münafiqlik məsələsi İslam aləmi üçün çox əhəmiyyətlidir. Bu məsələ üzərində həmişə dayanacağıq.
(A9 TV; 29 mart 2017)
İran dost ölkədir. Yüzlərlə ildir ki, dost olduğumuz bir ölkəni qarşımıza alacaq bir üslubdan çəkinib həmişə şəfqətlə yanaşmaq lazımdır.
(A9 TV; 27 mart 2017)
İran ilə Türkiyənin arasını vurmaq istəyənlərin oyununa düşməmək lazımdır. İran tərtəmiz müsəlman ölkəsidir, irqçilik ittihamı doğru olmaz.
(A9 TV; 27 mart 2017)
Atalarından batil din gətiriblər və bu batil dini Quranda axtarırlar. Quranda tapa bilmədikləri zaman da bunu qəbul edə bilmirlər.
(A9 TV; 27 mart 2017)
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.)
(A9 TV; 27 mart 2017)
İngiltərə dərin dövləti Əbdülhəmid dövründən bəri Türkiyənin yaxasından əl çəkməmişdir. Əbdülhəmid də İngiltərə dərin dövləti tərəfindən zərərçəkmişlərdən idi.
(A9 TV; 27 mart 2017)
Müslüm Gursəs çox dəyərli, qiymətli incəsənət xadimi və insan idi. Allah qəni-qəni rəhmət eləsin.
(A9 TV; 27 mart 2017)





