Obamanın Amerikada törətdiyi təxribat çox böyükdür. Bunun 100 gün ərzində tamamilə düzəlməsi qeyri-mümkündür. Tramp zamanla nəticə alacaq.
(A9 TV; 7 may 2017)
Allahın Qurandakı əmri hicab deyil, çarşabdır. Lazımi vəziyyətlərdə qadın çarşab geyinərək özünü qoruyar. Qadın vicdanı ilə bunu bilər.
(A9 TV; 7 may 2017)
Hər yerdə Allahın adının çəkilməsi, Allahı xatırlatmaq vacibdir. Bir restorana getsən menyuya baxar; “Allah necə də çox nemət yaradır” deyərsən. İnsanların bir çoxu Allahın adını nadir hallarda eşidirlər. Bir cümlə ilə Allahı xatırlatmaq insanlara həm qəlb rahatlığı, həm də cəsarət verər.
(A9 TV; 7 may 2017)
Şiə, sünni, vəhhabi, hamısı müsəlmandır. Hamısı eyni Allaha iman gətirir, eyni Kitaba tabe olur, eyni Peyğəmbərə aşiqdir. Şeytan nifrətin, döyüşün olmasını istəyir.
(A9 TV; 7 may 2017)
Allah əxlaqsız münafiq kişiləri və qadınları bir-birlərinə mənəvi bəla olaraq yaradır. Bir-birlərinin sanki odunu olub canlarını yandırırlar.
(A9 TV; 7 may 2017)
Allah münafiqlərə lağ etmək, söyüş söymək, murdarlıq vermişdir. Bu lağ etmək təkcə münafiqin öz canını yandırar, möminə isə şəfaya vəsilə olar. Lağ edənlər həsəd içində olduqları üçün qaranlıq dünyada yaşayarlar. Lağa qoyulan şəxs isə həmişə daha gözəlləşər. Bu Allahın gizli sənətidir.
(A9 TV; 7 may 2017)
Həqiqi masonluq ziyalı, fikrə və inanca hörmət göstərən, qadına və incəsənətə dəyər verən, Allaha iman gətirən minlərlə illik mənşəyi olan qədim quruluşdur. Həqiqi masonluq, kiçik masonluqdan müstəqil öz-özünə təşkilatlanmış, ateist, dinsiz, mason olduğunu iddia edən quruluşlara heç fikir verməz.
(A9 TV; 7 may 2017)
Bir çox ölkədə masonluqdan kənar mason deyə ortaya çıxan kiçik qeyri-qanuni quruluşlar da var. Bunların masonluqla bilavasitə əlaqəsi yoxdur. Ateist, mənfəət üçün masonluğa gizlincə daxil olmuş insanları və ya özlərini mason kimi göstərən kiçik quruluşları əhəmiyyətli görməmək lazımdır.
(A9 TV; 7 may 2017)
Masonluğun mənşəyi təəccüblü şəkildə keçmişə dayanır. 12 min il əvvəlki relyef formalarında belə masonluq simvolları var. Bu çox maraqlı haldır.
(A9 TV; 7 may 2017)
Quranda hicab deyil, qadının zəruri hesab etdiyi vəziyyətdə özünü qorumaq üçün müvəqqəti olaraq çarşab geyinməsi bildirilir. Hicabı müdafiə edənlərin əksəriyyəti Quranda çarşab keçdiyini görməzlikdən gəlib, çarşabı heç gündəmə gətirmirlər. Bu səmimi münasibət deyil. Quranda olmayan hökmlə insanları dindən uzaqlaşdırırlar. Quranda hicab yoxdur. Qadın lazımi vəziyyətdə müvəqqəti olaraq çarşab geyinər.
(A9 TV; 7 may 2017)





