Möminin cazibədarlığı imanından qaynaqlanır. Baxımsız qadınlara alışdıqları üçün gözəl, iffətli, yüksək dərəcəli, baxımlı qadın gördükdə təəccüblənirlər.
(A9 TV; 8 may 2017)
Xurafatlara əsaslanan İslam anlayışında bir çox ziddiyyət var, lakin bunu anlamazlıqdan gəlirlər. Allahın əmri olmayan hökmlərlə İslamı demək olar ki, yox olma mərhələsinə gətirdilər, insanları dindən uzaqlaşdırdılar. Bu oyunlarını biz pozduq.
(A9 TV; 8 may 2017)
Saxta alimlərin bir çoxu insanların imanına vəsilə olacaq bir sətir elmi iş yazmır, dezodorant halaldırmı, kimi məsələlərlə məşğul olurlar. İslam aləmi bu qədər əzab içində olarkən pirsinq günahdırmı, saç əkdirmək caizdirmi, kərtənkələ öldürmək savabdırmı kimi mövzularla məşğul olmaq vicdansızlıqdır. İnsanların imanının güclənməsi üçün iman həqiqətlərinin və Quran möcüzələrinin izah edilməsi lazımdır, bunun əvəzinə həmişə xurafatdan bəhs edirlər. İslam Birliyindən, qardaşlıqdan, cənnətin gözəlliklərindən heç bəhs etmədikləri kimi darvinizmin əsassızlığından da bəhs etmirlər.
(A9 TV; 8 may 2017)
İnsanlar necə ki, təhsillə dindən uzaqlaşır və ya materialist olursa, əks təhsillə də Quran əxlaqına yaxınlaşar, dindar olarlar.
(A9 TV; 8 may 2017)
Qısqanc, kin dolu tiplərin fəaliyyətləri müsəlmanların cənnətdəki yerlərini və mövqelərini möhkəmləndirir. Bu, möminlər üçün böyük nemətdir.
(A9 TV; 8 may 2017)
Tayyib hocam müasir gənclərin də ortodoks dindar insanların da sevə biləcəyi səmimi insandır. Millət olaraq şəxsini dəstəkləməyə davam edəcəyik.
(A9 TV; 8 may 2017)
Tayyib hocam müasir dəliqanlıdır. Partiyalardan kənar məsələ olaraq düşünüb bütün millətimizin onu dəstəkləməsi vacibdir.
(A9 TV; 8 may 2017)
Müasir mənada İslamın yaşana biləcəyini göstərmək, İslam əxlaqının dünyaya hakimiyyətinin aydın dəlilidir. Buna görə də bəziləri təşvişə qapılır. Məzhəblər meydana gətirib bir-birinə düşmən edərək onsuz da müsəlmanları öz içinə çökdürüblər. Bundan əlavə müasirlikdən uzaq, içə qapalı, incəsənəti, elmi, gözəlliyi olmayan bir İslam anlayışı yaradaraq müsəlmanların əl-ayağını tam bağlamaq istəyirlər.
(A9 TV; 7 may 2017)
İslamiyyətin asan din olduğunun görünməsini istəmirlər, çünki bu zaman İslamın sürətlə dünyaya hakim olacağını bilirlər.
(A9 TV; 7 may 2017)
İçki haramdır. İçki açıq-aşkar zəhərdir. Zəhərlənmənin əyləndirici heç bir tərəfi yoxdur. Halal olsa belə içiləcək şey deyil.
(A9 TV; 7 may 2017)





