Qadınların səbri, mərhəməti, vəfası, ağlı, gözəlliyə olan meyli, incəliyi Allah tərəfindən onlara verilmiş ciddi üstünlükdür.
(A9 TV; 22 may 2017)
“Qızıl Alma” idealı İslam Birliyinin digər adıdır. Quranın sevgi dolu ruhunun dünyaya hakim olmasıdır. İmansız “Qızıl Alma” olmaz.
(A9 TV; 22 may 2017)
Müsəlmanın prioritetli təbliğ sahəsi yaşadığı dövrün qabaqcıllarıdır. Bu, Quranda bildirilən bir üsuldur.
(A9 TV; 22 may 2017)
Öz ölkəsinə, torpağına, ailəsinə və ən başda özünə eqoist insanlar bütün dünyaya əziyyət edir. Mehdiyyət eqoistliyi tamamilə aradan qaldıracaq.
(A9 TV; 22 may 2017)
Bütün dünya dəccaliyyət tərəfindən qəfəs halına gətirildi, min bir cür lazımsız qanun ilə insanlar mərhəmətsizcə əzilir, gənclər nəfəs ala bilmir. Cəmiyyətin minlərlə çoxsaylı qanunu insanların xoşbəxtliyini, yaşama sevincini əllərindən alır. Təkcə funksional şeylərlə yaşayır, keyfiyyət axtarmırlar.
(A9 TV; 22 may 2017)
Allah kainatın sirlərini zaman içərisində yavaş-yavaş insanlara öyrədir. Bu sirləri gizlədən də, açdırıb tapdıran da Allahdır.
(A9 TV; 22 may 2017)
Bəzi qruplar Bədiüzzamanı çox yanlış tanıyırlar. Atatürk, Bədiüzzamanın dəyərini bilir və çox hörmət göstərirdi. O da Atatürkü sevərdi. Atatürk də, Bədiüzzaman da Mehdi öncülü olan mübarək insanlardır.
(A9 TV; 22 may 2017)
Bir şəhərdə beton divarlar, tikanlı məftillər çoxdursa sevgi azalmış deməkdir. Biz tikanlı məftillərin olmadığı bir dünya istəyirik.
(A9 TV; 22 may 2017)
Amerika xalqının dindarlığı və Allah sevgisi çox gözəldir. Bizim canlı verilişlərimizin də, ən çox seyr edildiyi yerlərdən biri Texasdır.
(A9 TV; 22 may 2017)
İslam anlayışında malı yığıb toplamaq, pulu əldə tutmaq yoxdur. Pul və mal həmişə xərclənib paylanılarsa iqtisadiyyat çox güclü olar.
(A9 TV; 22 may 2017)





