“Nifrət insanları” nəfsini idarə etməkdə zəif qalmış, şeytana məğlub olmuş insanlardır. Bu şəxslərə həkim kimi yanaşmaq lazımdır. Həkimin xəstəni müalicə etməsi kimi “nifrət insanlarına” şəfqətlə yanaşıb onları müalicə etmək lazımdır. Bu insanlar da mənəvi xəstədir.

(A9 TV; 23 may 2017)

Cəhd müsəlmanın səyini ifadə edər. Cəhd insanın nəfsinə qarşı mübarizəsidir. Elmlə, irfanla gecə-gündüz göstərilən səy, cəhddir.

(A9 TV; 23 may 2017)

Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar.

(A9 TV; 23 may 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)