İslama qarşı “ingilis mədəniyyəti və ingilis müsəlmanlığının” zorla qəbul etdirilməyə çalışılması İslam aləminin çox diqqətli olması lazım olan bir mövzudur. Həll yolu Qurandır. İngiltərə dərin dövləti mövhumatçılığa qarşı İslamdan kənar İslam anlayışını zorla qəbul etdirməyə çalışır. İngilis heyranlığına əsaslanan İslam anlayışı həll yolu deyil, fəlakətdir.

(A9 TV; 4 iyun 2017)

Mülki vətəndaşlara istiqamətli hücum vəhşilikdir. Allah müsəlmanların xristianlara və musəvilərə dost olmalarını bildirir, vuruşmalarını deyil. Maidə surəsinin 82-ci ayəsində xristianların müsəlmanlara yaxın olduğu bildirilir. Kitab əhli müsəlmanlara əmanətdir, onlara hücum edilməz.

(A9 TV; 4 iyun 2017)

Qız dostlarımın dindar olması, onların mənə, mənim onlara Allahın təcəllisi olaraq duyduğum hörmət və sevgi, bəzilərini heyrətamiz dərəcədə narahat edir. Bəziləri mənimlə qız dostlarım arasında dünyada nümunəsini görmədikləri səmimi, ehtiraslı sevgini heç yaşamadıqları üçün təəccüblənirlər.

(A9 TV; 3 iyun 2017)

Kişilərə hər şey sərbəstdir, qadınlara qadağandır məntiqi yanlışdır. Haram və qeyri-əxlaqi vəziyyət vardırsa, hər ikisi üçün də qadağandır. Bütpərəst ənənə olaraq qadınları təzyiq altında saxlayır, kişilərə hər şeyi haqq, qadınlara qadağan hesab edirlər. Qadın öz vicdanı ilə doğrunu bilər.

(A9 TV; 3 iyun 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)