Səbir dözüm deyil. Dözüm şirk olar. Səbir yaşadığın hadisəni gözəl görərək edilən ibadətdir.
(A9 TV; 6 iyun 2017)
Bir ölkənin terror təşkilatlarına dəstək verməsindən şübhələnildikdə, iqtisadi embarqo və ya silahlı müdaxilə tətbiq etməyin faydası, təkcə xalqa zərər vermək olar. O ölkənin hesabları araşdırıla bilər, hüquqsuzluq vardırsa, hüquqi tədbir alınar, lakin o ölkəyə hərbi müdaxilə etmək terroru bitirməz.
(A9 TV; 6 iyun 2017)
Türkiyə Qətəri də sevir, Səudiyyə Ərəbistanı da. İkisini uzlaşdıra biləcək bir ölkəyik. Müsəlmanları uzlaşdırmaq əhəmiyyətlidir.
(A9 TV; 5 iyun 2017)
Tək-tək bütün müsəlman ölkələri tənha qoymaq istəyirlər. Müsəlmanlar İslam Birliyi yaratsa, hamısı bütün təhlükələrdən qorunar.
(A9 TV; 5 iyun 2017)
Gənclər ağıllı və həqiqi elmlə öyrədilməlidir. Fosillər gənclərə göstərilməli, zülalın təsadüfən yaranmasının qeyri-mümkün olduğu öyrədilməlidir.
(A9 TV; 5 iyun 2017)
İngiltərə dərin dövləti İslam aləmini tamamilə əzmək üçün böyük oyun hazırlayır. Radikal şiəliyi və radikal sünniliyi gücləndirib iki tərəfi bir-birinə qırdırmaq istəyirlər. Müsəlmanlar bu oyuna düşməyib Quran İslamına sığınsınlar və dünyanı cənnətə döndərək.
(A9 TV; 5 iyun 2017)
Bir qadına hər kəsin hörmət göstərməsi məcburidir. Qadını qorumaq kişi üçün nemət və xoşbəxtlik vəsiləsidir.
(A9 TV; 5 iyun 2017)
İnsan şüurunun mənbəyi Allahın ruhudur.
(A9 TV; 5 iyun 2017)
Qətər ilə digər müsəlman ölkələri vuruşdurmağa istiqamətli oyunu puç edək. Səudiyyə Ərəbistanı da, Qətər də tərtəmiz müsəlman ölkələrdir, qardaşdırlar. Birləşmiş Ərəb Əmirlikləri də, Səudiyyə Ərəbistanı da, Qətər də oyuna düşməsin. Hamısı müsəlmandır. Hamısı bir-birinin qardaşıdır. Müharibəyə icazə verməyək. Nə Qətərin əzilməsinə, nə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yaşayan tərtəmiz müsəlmanlara zərər gəlməsinə tamaşa etməyək.
(A9 TV; 5 iyun 2017)
Hazır yeməklərlə qidalanma gənclərin sağlamlığına mənfi təsir edir. Gəncləri daha təmiz, təbii, sağlam qidalara yönləndirmək daha doğru olar.
(A9 TV; 5 iyun 2017)





