Şəhid olan kənd qoruyucularımızın şəhadətləri mübarək olsun. Allah ailələrinə səbri-cəmil nəsib etsin. Çox gözəl, çox nurlu, çox şərəfli mövqe nəsib etmiş Allah onlara. Nə xoşbəxt şəhid oldular, nə xoşbəxt cənnət əhli oldular.

(A9 TV; 3 aprel 2018)

Hər kəsin şən, bir-birinə salam verdiyi, bir-birinə iltifat etdiyi, qadınların çox azad olduğu və hörmət gördüyü cəmiyyət olması gözəldir. İnsanları sevmək, onlarla yoldaş və dost olmaq dünyanın ən gözəl nemətidir. Amma insanlar ən zövqlü şeyləri tərk etmişlər; dost olmağı, vəfanı, sevməyi tərk etmək çox pis vəziyyətdir.

(A9 TV; 2 aprel 2018)

Allah Özünə güvənənə kömək edər. Özünə tam güvənənlərə isə tam fərqli həyat yaşadar. Allaha tam güvənmək çox vacibdir. Hər sevən, sevdiyinin özünə güvənməsini istəyər. Güvənmirsə sevgi olmaz. Allah da qulunun Özünə tam güvənməsini istəyər. İnsan mənfəətlərinə zidd olmadığı zaman Allaha güvənirsə orada sevgi qalmamış deməkdir, Allah qorusun.

(A9 TV; 2 aprel 2018)

Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir.

(A9 TV; 2 aprel 2018)

Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən.

(A9 TV; 1 aprel 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)