Şiə, sünni hamısı nur kimi müsəlman. Bir-birinə düşmənçilik edəcək, bir-birini öldürəcək qədər nifrət həddinə gəlməsi çox böyük anormallıqdır.

(A9 TV; 3 aprel 2018)

Heyvanlara şiddət tətbiq edənlərin məhkəməsi xalqa açıq olsun. Özünü müdafiə edə bilməyən, danışa bilməyən canlıya niyə zülm etdiyini hər kəsin gözü qarşısında izah etsin. Və bu kəslər mütləq ibrət olaraq Ağır Cinayətlər Məhkəməsində mühakimə edilsinlər.

(A9 TV; 3 aprel 2018)

Münafiq özünün alçaq məxluq olduğundan çaqqal kimi əmindir. Öz aləmində müsəlman təqlidi etməyə çalışır amma bəzən dinsizliyini açıqca göstərir. Nadir rast gəlinəcək tərzdə arsızlığa sahib olduğu üçün roldan rola girər.

(A9 TV; 3 aprel 2018)

Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək başına sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də “azadam mən” deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər.

(A9 TV; 3 aprel 2018)

İran, Türkiyə və Rusiya ittifaqı çox əhəmiyyətlidir. Bu ittifaqa Səudiyyə Ərəbistanını da daxil edək inşaAllah. İranın daha da müasirləşməsini təmin edək. Yaxın Şərqdə sülh və hüzur hakim olsun.

(A9 TV; 3 aprel 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)