Keyfiyyətə əhəmiyyət vermək Türkiyə üçün mühüm ehtiyacdır. Keyfiyyət və İncəsənət Nazirliyi yaradılarsa bu gözəl başlanğıc olar, arxası gələr.
(A9 TV; 9 iyul 2017)
Təkamülçülər hal-hazırda “proqramlı təsadüfilik” ifadəsini işlətməyə başladılar. Proqram vardırsa ağıl və şüur vardır, təkamül yoxdur.
(A9 TV; 9 iyul 2017)
Darvinizmin təsadüf iddiasının məntiqsizliyini ortaya qoymağımız sayəsində təkamülçülər içinə düşdükləri vəziyyəti anlamağa başladılar.
(A9 TV; 9 iyul 2017)
Kommunizmdə din, əxlaq, dövlət, ailə yoxdur. Xoşbəxtlik yoxdur. Mərhəmətsizlik və sevgisizlik hakimiyyəti vardır.
(A9 TV; 8 iyul 2017)
Atlar çox nəcib heyvandırlar. Allah atları möhtəşəm heybət və gözəlliklə yaradıb.
(A9 TV; 8 iyul 2017)
Mənim üçün sevgi, o insana necə daha çox yaxşılıq edə bilərəm, necə qoruya bilərəm, necə qürurlandıra bilərəm düşüncəsidir.
(A9 TV; 8 iyul 2017)
Bir insanın dünyaya dair heç bir hərisliyi yoxdursa və təkcə Allah üçün yaşayırsa, canı daxil olmaqla, hər şeyini Allahın verdiyini bilərək yaşayırsa, o insan ehtiraslı sevginin namizədidir. O insana Allah ehtiraslı sevgini yaşadar.
(A9 TV; 8 iyul 2017)
Qadın gözəlliyi dünyanı cənnətə döndərər. Rəsm, musiqi, heykəl, şeir, incəsənət və ədəbiyyatın bir çox sahəsi qadın gözəlliyi üzərində qurulub.
(A9 TV; 8 iyul 2017)
Allah üçün cani-könüldən, səmimi olaraq bir şeyi istəyən insana Allah o istədiyini mütləq nəsib edər.
(A9 TV; 8 iyul 2017)
İnsanların axtardıqları xoşbəxtlik və gözəllik mehdiyyət dövründə olacaq.
(A9 TV; 8 iyul 2017)





