Hörmətli Kılıçdaroğlu dürüst və təmiz insandır. Müxalifətin güclü olması Türkiyənin demokratik zənginliyidir, gözəllikdir.
(A9 TV; 10 iyul 2017)
Şəhidlərimizə Allah taledə ən gözəl məqamı nəsib etmişdir və vaxtı gəldikdə onları o gözəlliyə alır. Nə xoşbəxt onlara, məqamlarına qibtə edirik.
(A9 TV; 10 iyul 2017)
İslam Birliyi hər an qapıdadır. İslam Birliyi olduğu zaman qadınlar azad olacaq, bütün inanclara hörmət görəcək, bütün ictimai təzyiqlər aradan qalxacaq, ictimai ədalət tam hakim olacaq, hər yer bağ-bağçalıq olacaq, terror və anarxiya bitəcək. Bu mövzuda, bu gözəlliyi tələb edən hər düşüncəyə, inanca sahib insanla həmfikirik.
(A9 TV; 9 iyul 2017)
Mən ateist qardaşlarımın düşüncəsinə hörmət edirəm, hamısına dostluqla, qardaşlıq duyğusu ilə yanaşıram.
(A9 TV; 9 iyul 2017)
İctimai nəqliyyat vasitələrində qadınların şərəfi, oradakı bütün insanlara əmanətdir. Qadınlar hər zaman prioritet və hörmət görməlidir.
(A9 TV; 9 iyul 2017)
Dünyanın sevgi yurdu olmasını, cənnət kimi olmasını istəyirəm. Hər zaman məqsədim Allahın rizasıdır, Allahın rəhməti və cənnətini ümid etməkdir.
(A9 TV; 9 iyul 2017)
Türkiyənin müdafiə texnologiyasını gücləndirməsi və inkişaf etdirməsi olduqca əhəmiyyətlidir.
(A9 TV; 9 iyul 2017)
İncəsənət yoxdursa, keyfiyyət yoxdursa gözəllik yoxdur, gözəllik yoxdursa həyatın mənası yox olar. Bu fəlakət gəncləri haqlı surətdə çox narahat edir.
(A9 TV; 9 iyul 2017)
Bir kəpənəyin və ya quşun qanadlarındakı simmetriyanın heyvana heç bir faydası yoxdur. Təkamül simmetriyanı heç vaxt izah edə bilməz.
(A9 TV; 9 iyul 2017)
Gənclərin böyük əksəriyyəti şüurludur, lakin üzərində çox böyük təzyiq olduğu üçün rahat, sabit yaşaya bilmirlər. Gənclərin üstündən bütün ictimai təzyiqlər qalxsa, təkcə Quranın meyarlarına görə yaşasalar, o zaman mümkün olduğu qədər azad olarlar.
(A9 TV; 9 iyul 2017)





