Xurafata əsaslanan Qurandan kənar din anlayışının çox zövqsüz, qaranlıq dünyası var. Bu qaranlıq yavaş-yavaş tamamilə aradan qalxacaq.
(A9 TV; 17 iyul 2017)
Mən monotonluğu xoşlamaram, daxili aləmim çox zəngindir. Musiqidə, dekorasiyada, sevgidə monotonluq istəmərəm, həmişə artım və inkişaf istəyərəm. Fasiləsiz gözəllik prinsipi vardır məndə. Hər şeyin ən gözəl olmasını istəyərəm, ən gözəl olduğu zaman daha da gözəlləşməsini istəyərəm.
(A9 TV; 17 iyul 2017)
Quşların lələklərindəki rəngarənglik və estetika təsadüfən yarandı deyirlər. Təsadüf gözəllik, simmetriya, estetika nədir bilməz.
(A9 TV; 17 iyul 2017)
Eqoistlik gənclərin canını çox yandırır. Özünə deyil, insanların dərdlərinə prioritet verən əxlaq gözəldir.
(A9 TV; 17 iyul 2017)
Qadınların çoxu bədbəxt yaşayır, sevəcək insan tapa bilmirlər. Qadınların sevmə gücünə əngəl törədilmişdir. Qadına hörmət edilən mühit yaransın, qadınlar özlərini etibarda hiss etsinlər ki, həqiqi ruhlarını yaşaya bilsinlər.
(A9 TV; 17 iyul 2017)
Xüsusi təyinatlı məktəblərin sayı mütləq artırılmalıdır. Həm əsgər, həm də xüsusi təyinatlıların sayının artırılması terrorla mübarizədə əhəmiyyətlidir.
(A9 TV; 17 iyul 2017)
Beynin içində dad qəbul edən, eşidən, görən, hiss edən biri var. Materialistlər və təkamülçülər bu həqiqəti heç ağıllarına belə gətirmək istəmirlər. Lenin də maddənin həqiqətini, yəni beynimizdə təsvirlə təmasda olduğumuzu heç düşünmək istəmir, bunu təhlükə kimi görürdü.
(A9 TV; 17 iyul 2017)
Evlilikdə qadın və kişinin ruhu tək insan ruhu olmalıdır və bu ruhun ağlına görə hərəkət edilməlidir. Biri digərindən üstün anlayışı olmaz.
(A9 TV; 17 iyul 2017)
Dünyanın hər yerində dinə və ənənələrə əlavələr edərək kişilərin hökmran olduğu bir dünya yaradıblar. Qadına layiq olduğu hörmət mehdiyyətlə gələcək.
(A9 TV; 17 iyul 2017)
Allahın Rəhman və Rəhim adlarını xatırlamaq möminlərin qəlbinə fərəhlik verər.
(A9 TV; 17 iyul 2017)





