Mənəvi həzz, sevginin və sevgi dərinliyinin verdiyi təsviredilməz zövqdür.
(A9 TV; 18 iyul 2017)
Dünyanın ən gözəl varlıqları olan qadınların təzyiq altına alınması məni çox narahat edir.
(A9 TV; 18 iyul 2017)
Eqoistlik, dünyanın müvəqqətiliyinin bilinməsi sayəsində aradan qalxar. Eqoistlik insanı çirkinləşdirən, xoşagəlməz edən haldır.
(A9 TV; 18 iyul 2017)
Peyğəmbərimiz (s.ə.v) mehdiyyət dövründə çox böyük bolluq olacağını, ehtiyac sahibi heç kimin qalmayacağını bildirmişdir.
(A9 TV; 18 iyul 2017)
Televiziya proqramlarının ürəkaçan, mədəniyyəti artıran olması əhəmiyyətlidir. İnsanlara yuxarıdan aşağı baxan, soyuq, çözüm gətirə bilməyən, nə qədər mədəni olduğunu vurğulamağa çalışan kəslərin saatlarla danışdığı proqramlar ancaq beyin yorucu olur. İnsanlara heç nə qazandırmır.
(A9 TV; 18 iyul 2017)
Xarici mətbuatda təkamül nəzəriyyəsinə endirdiyimiz elmi zərbə demək olar ki, hər gün xəbər olur.
(A9 TV; 18 iyul 2017)
15 iyul işğal sınağı idi, Allah öz başlarına keçirdi. Bunun işğal cəhdi olduğunu hər yerdə ilk ifşa edən mənəm.
(A9 TV; 18 iyul 2017)
Turizm, incəsənət və keyfiyyətin artması ilə inkişaf edər. İnsanlar həmişə gözəllik axtarar.
(A9 TV; 18 iyul 2017)
Mən sevməyə də, məni sevən insanın sevgisinə də doymaram. Sevgi və ehtiras əbədiyyətə açılan gözəllikdir, sevgiyə sərhəd qoyulmaz.
(A9 TV; 18 iyul 2017)
Dünya dəccaliyyətin azğınlığından təngə gəlmişdir. İnsanlar sevgisizlikdən, keyfiyyətsizlikdən şikayət edirlər. Bu şikayətlər mehdiyyətlə bitəcək.
(A9 TV; 18 iyul 2017)





