İnşaAllah və maşaAllah zikrləri Kəhf surəsində keçən, şirki tamamilə aradan qaldıran iki böyük zikrdir.
(A9 TV; 29 iyul 2017)
Mən heç bir kitabımdan müəllif haqqı almıram. Dini ödəniş qarşılığında təbliğ etmək olmaz.
(A9 TV; 29 iyul 2017)
Vaxtı ən gözəl keçirməyin yolu, insanların sevinci, imanı və hər cür xeyri üçün səy göstərməkdir.
(A9 TV; 29 iyul 2017)
Təkamülün əsassızlığını ən dəqiq ortaya qoyan elmi dəlil; keçid canlı, keçid fosil olmamasıdır. 700 milyon fosil var, bir ədəd belə keçid canlı yoxdur.
(A9 TV; 29 iyul 2017)
Axirətdə təkcə Qurandan sorğu-sual ediləcəyik. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır.
(A9 TV; 29 iyul 2017)
İslamı çətinləşdirmək dəccaliyyətin oyunudur. Ənənəçi ortodoks sistemin qarmaqarışıq dünyasına insanları çəkmək kütlələri dindən uzaqlaşdırar.
(A9 TV; 29 iyul 2017)
Küfr əhlinə, münafiqlərə, zülmə nifrət etmək möminin ən nəzərə çarpan iman əlamətlərindən biridir. Mömin Allah üçün sevər, Allah üçün nifrət edər. Bu möminin ən kəskin əlamətlərindən biridir. Mömində intuisiya olaraq yaxşıya qarşı dərin sevgi olduğu halda, pisə qarşı nifrət vardır.
(A9 TV; 29 iyul 2017)
Eqoistlik cəmiyyəti cəmiyyət olmaqdan çıxardar. Cəmiyyət vücud olduğu halda, tək-tək hüceyrələrə bölünər və ölər. Eqoistlik cəmiyyəti öldürər.
(A9 TV; 29 iyul 2017)
Dəccaliyyətin bütün oyunlarını görür və bilirik. Bacara bilməyəcəkləri işə girişirlər, bütün oyunlarını qanunla, hüquqla əzəcəyik.
(A9 TV; 29 iyul 2017)
İngiltərə dərin dövləti ifşa olmağın təşvişini yaşayır. Hər tərəfdən təşvişlə Türkiyəni hədəf alırlar, lakin boşuna çalışırlar.
(A9 TV; 29 iyul 2017)





