Allahın nazil etdiyi bir İslam var, dörd məzhəbin isə dörd fərqli inancı, tətbiqi var. Hədisə tabe olaq deyənlər bir-birlərinin məzhəblərinə, o məzhəb imamının nəql etdiyi hədisə tabe olmurlar. Buradakı səmimiyyətsizliyi görmək lazımdır. Əgər hədisə tabe olacaqlarsa, hamısına tabe olmaları lazımdır, səmimi davranmırlar. Məzhəblərin halalları, haramları fərqlidir, halbuki tək meyar Qurandır.
(A9 TV; 30 iyul 2017)
Atatürkün xüsusiyyəti büt dağıdan olmasıdır. Mövhumatçılığın bütün bütlərini dağıtdı. Atatürk Quranın özəyində olan azadlığı, səhabə əxlaqını müdafiə edən biridir.
(A9 TV; 30 iyul 2017)
Hər insan beynindəki ekranın qarşısında özünə göstərilənləri izləyir. İnsan bu ekran qarşısında Allahdan yana olub olmayacağı ilə sınanır.
(A9 TV; 30 iyul 2017)
Biz təkamülü elmi dəlillərlə və elmin özü ilə çürüdürük. Təkamül, ilahı təsadüf olan bütpərəst inancdır.
(A9 TV; 30 iyul 2017)
Müsəlman, bir ölkənin deyil, bütün İslam aləminin, bütün insanların problemlərinə həll yolu istəyər. Allahın göstərdiyi həll yolu İslam Birliyi və mehdiyyətdir.
(A9 TV; 30 iyul 2017)
Katoliklərin, pravoslavların, musəvilərin, masonların, hər kəsin lideri var. Müsəlmanların lideri olmasın deyirlər. Bu səmimi rəftar deyil.
(A9 TV; 30 iyul 2017)
Allah sevgisi, Allahı çox sevmək dünyanın ən böyük zövqüdür.
(A9 TV; 30 iyul 2017)
İngiltərə dərin dövlətinin bütün oyunları barədə xalqı çox yaxşı məlumatlandırsaq, Türkiyə əleyhindəki heç bir oyunları işə yaramaz.
(A9 TV; 30 iyul 2017)
Mömin həmişə elmi Allahdan tələb edər və “Rəbbim elmimi artır!” deyə dua edər.
(A9 TV; 29 iyul 2017)
Həqiqi ictimai ədalət mehdiyyət dövründə olacaq. Tək bir kasıb belə qalmayacaq.
(A9 TV; 29 iyul 2017)





