Münafiq küfr əhlinin yanına getdiyi zaman nemətə qovuşacağını zənn edər, halbuki Allahın verdiyi bütün imkanlar onun bəlasının artması üçündür. (Tövbə surəsi, 55: Bu halda onların malları və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər).

(A9 TV; 15 avqust 2017)

Cəmiyyətin bəzi təbəqələri nə olduğunu bilməsə və ya müdafiə etməsə belə şüar şəklində bəzi üslublara dəb kimi ayaq uydurur və cahilcəsinə qoşulur. Öz üslubu, fikri, cümləsi olmadan yaradılmış şüarlardan, qəliblərdən dəb kimi istifadə etməyi heç kim özünə yaraşdırmamalıdır. İnsanın müstəqil ağlı olması gözəl olandır. “Hansı ağılla hərəkət edirsən”, “nə içirsə, biz də içək”, “problem yoxdur” kimi 5-10 qəlibdən başqa cümlə qura bilməmək bir insan üçün çox alçaldıcıdır. Bu hala gəlməyi heç bir ağıllı insan özünə yaraşdırmamalıdır.

(A9 TV; 15 avqust 2017)

Allah yüzlərlə ayə ilə müsəlmanların himayədarlıq sistemində bir-birini qorumasını fərz etmişdir. Münafiq bu sistemi dağıtmağa çalışar. Münafiq möminləri deyil, küfr əhlini dost qəbul edər. Möminləri tərk edib küfr əhlinin yanında onlarla birlikdə yaşamaq Allahın istədiyini tərk etməkdir. Münafiq bütün bunları edərkən öz axmaq ağlı ilə Quran ayələrindən istifadə edər. Quranla Qurana qarşı mübarizə aparana Allah böyük bəla verər.

(A9 TV; 15 avqust 2017)

Dünya həyatının əyləncəsini seçib müsəlmanları və müsəlmanlarla birlikdə Allah üçün səy göstərməyi tərk etmək qəti şəkildə haramdır. (Kəhf surəsi, 28: Sən də səhər-axşam Onun rizasını diləyərək Rəbbinə dua edənlərlə birlikdə səbir et. Dünya həyatının (aldadıcı) bəzəyini istəyərək gözlərini onlardan uzaqlaşdırma. Qəlbini Bizi zikr etməkdən qəflətə saldığımız, öz “istək və ehtiraslarına (nəfsinə)” tabe olan və işində ifrata varana itaət etmə.)

(A9 TV; 15 avqust 2017)

Münafiqlər öz düşüncələrinə görə Qurandan ayrı bir müsəlman modeli yaradırlar. Bu modelin mahiyyətində təkbaşına, yalnız var. Allah Quranda bir çox ayə ilə müsəlmanların birlik olmasının lazım olduğunu, ayrılıb dağılmağın isə haram olduğunu açıqca bildirmişdir. Müsəlmanların dağınıq olmasının lazım olduğunu demək, Qurana görə haramdır. Lakin İngiltərə dərin dövlətinin istədiyi müsəlmanların parçalanmasıdır. Buna görə münafiqlər də İngiltərə dərin dövlətinin istədiyi müsəlmanlıq anlayışının modeli olmağı üzərinə götürər və ağılsızcasına ayrılmağı müdafiə edər.

(A9 TV; 15 avqust 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)