Allah hz. Mehdini imanın nuru ilə görüb tanımağımızı nəsib etsin inşaAllah.
(A9 TV; 6 oktyabr 2017)
Terrorla mübarizədə əsas olan fikri mübarizədir. Türkiyə fikri mübarizədə səssiz qalsa o zaman müvəffəqiyyətli olmaq çətin olar. İnsanlar materializmi və darvinizmi izah edərək gəncləri terrora, zorakılığa razı salırlar. Bunun müqabilində darvinizmin əsassızlığını izah etmək əsas şərtdir.
(A9 TV; 6 oktyabr 2017)
Səmimi müsəlmanlar hər gün İslam Birliyi üzərində dayanmalıdır. İslam Birliyi ildə bir dəfə keçirilən yığıncaqlarda yad ediləcək məsələ deyil.
(A9 TV; 5 oktyabr 2017)
İslam aləmini mehdiyyətdən başqa birləşdirə biləcək qüvvə yoxdur.
(A9 TV; 5 oktyabr 2017)
Dəccaliyyət özünə tabe olanı əzər, özünə tabe olmayanı əzə bilməz. Buna görə də, dəccaliyyət olan İngiltərə dərin dövlətinin ifşa olunması əhəmiyyətlidir.
(A9 TV; 5 oktyabr 2017)
Həyata dair gözəl və zövqlü olan hər şeyin ən gözəli İslamda var. Lakin ənənəçi anlayışda gülmək, musiqi, rəqs, rəsm, hər şey haramdır.
(A9 TV; 5 oktyabr 2017)
Türkiyənin xarici siyasətindəki ən ağıllı təşəbbüslərdən biri, İran və Rusiya ilə münasibətlərin düzəlməsidir. Şiə-sünni ayrı-seçkiliyi inşaAllah bitəcək.
(A9 TV; 5 oktyabr 2017)
Yaxşı təqlid qabiliyyəti olan incəsənət xadimlərinin dəstəklənməsi, sənətlərinin alqışlanması çox əhəmiyyətlidir. İncəsənət xadimi tək qoyulmamalıdır.
(A9 TV; 5 oktyabr 2017)
İnsanların çoxu İslamı mərhəmətsiz, zövqsüz, incəsənətsiz, elmsiz din hesab edir. Buna görə də, özlərini İslamdan uzaq saxlayıblar. Quranda izah edilən İslamın sevginin, gözəlliyin, keyfiyyətinin, incəsənətin, elmin dini olduğunu bütün dünyaya göstərdik.
(A9 TV; 5 oktyabr 2017)
Bu dünyada bizə tanıdılan hər şeyin əslini və ən gözəlini səbəblərdən asılı olmadan cənnətdə görəcəyik. Burada benzinə, elektrikə ehtiyac var, lakin cənnətdə heç bir səbəb olmadan hər şey mövcud olar. Avtomobilin, qayığın, kompüterin təsviri birbaşa yaranar.
(A9 TV; 5 oktyabr 2017)





