Mənim heç vaxt mehdilik iddiam olmadı, olmaz. Belə iddiam olsa cübbə ilə, sarıqla efirə çıxar, qadınlarla heç görüşməz, mason olmaz, bütün dünyaya hakim olan ənənəçi İslam anlayışını tənqid etməzdim. Mehdilik iddia edən bir insan olmamışam, olmayacağam. Bənzəmək mehdiyyət üçün sübut deyil. Mehdini belə anlayarıq: İslam hakim olar, müsəlmanların başında mənəvi lider olar, İslam Birliyi tam təmin edilər, hz. İsa namazda o şəxsi önə keçirər, o zaman “Allahualəm bu şəxs Mehdidir” deyərik.

(A9 TV; 7 oktyabr 2017)

Gəncləri darvinizm və ənənəçi ortodoks İslam arasında, yəni iki atəş arasında seçim etməyə məcbur edirlər, belə olduqda insan ateizmə üz tutur. Ağılla, elmlə, incəsənətlə İslam izah edildiyi zaman, hamı sevə-sevə İslamı qəbul edər. Bizim elmi işlərimiz ateizmi böyük dərəcədə zəiflətdi. Gənclər ağıllı, real və səmimi izahata qapalı deyildirlər.

(A9 TV; 7 oktyabr 2017)

Gənclərin 90%-i bizimlə eyni fikirdədir. Bizim həyatımız Qurana görə halaldır. Müsəlmanların Qurana görə azad və keyfiyyətli yaşaya biləcəyini göstərmək müsəlmanların üzərinə gələ biləcək bütün təzyiqləri kökündən aradan qaldırmaqdır.

(A9 TV; 7 oktyabr 2017)

Qadın sevinci çox böyük nemətdir. Qadınların küçələrdə yerə baxaraq deyil, qəhqəhələrlə sevinc içində gəzdikləri günləri görəcəyik.

(A9 TV; 7 oktyabr 2017)

Mən Qurandan başa düşdüyüm kimi yaşayıram. Müsəlman tənqid edilərkən bu ayəyə görə səhv edirsən deyilməsi lazımdır. Qurandan ayə göstərilmədən edilən tənqidin mənası olmaz. Ayəyə görə səhv edirsən deyildiyi zaman müsəlman dərhal tənqidə tabe olar.

(A9 TV; 7 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)