Hər nemət Allah qorxusuyla qazanılar. Sevgi, ağıl, gözəllik, hər şey Allah qorxusuyla meydana gələr. İnsanlar Allahdan qorxduqlarında nələr qazanacaqlarını bilmirlər. Halbuki hər şeyin təməlində Allah qorxusu vardır. Allah qorxusu insanı dəhşətə salan qorxu deyildir. Allahın sevgisini itirmə qorxusudur.

(A9 TV; 3 may 2018)

Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir.

(A9 TV; 3 may 2018)

Münafiq din düşmənidir. Dinə qarşı çox kinlidir. Şeytani və incə siyasətlə müsəlman kimi görünərək, müsəlmanları müsəlmanlıqdan çıxarmağa çalışar. Birbaşa İslamı hədəf alsa təsir edə bilməyəcəyini bildiyi üçün, “mən də müsəlmanam” deyə, ortaya çıxar və ağlı zəif olanları mənəvi olaraq boğar.

(A9 TV; 2 may 2018)

Vicdanın bağlanması əslində metafizik vəziyyətdir. İslam aləminin əsas mərkəzi bilinən İraq, Suriya, Misir hal-hazırda məhv olmuş vəziyyətdə amma müsəlmanların bir qismində bəsirət bağlı olduğu üçün bunu heç əhəmiyyətli görmürlər. “Nə düşünürsən?” deyə soruşanda, “tez məktəbi bitirib evlənim” deyir. Müsəlmanların şəhid olması, uşaqların dənizlərdə boğulması onu heç vaxt maraqlandırmır.

(A9 TV; 2 may 2018)

Allah bir insanı dəstəkləyəndə onu heç kim məğlub edə bilməz. Rəsulullah zireh geymədən minlərlə insanın arasına girib döyüşürdü, heç kim onu məğlub edə bilmədi. Mehdini də məğlub edə bilməzlər. Mehdiyyət qarşısıalınmazdır.

(A9 TV; 1 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)