Quranda antisemitizm yoxdur. Tam tərsinə Quranda musəvilərə sevgi, şəfqət və hörmət vardır. Müsəlmanlar xristianlara və musəvilərə dostluqla, sevgiylə yaxınlaşarlar. Allah Kitab əhlinin yeməyini müsəlmanlara halal etmişdir. Kitab əhlindən qadınlarla evlənmək halal edilmişdir. Bu qədər yaxın əlaqə halal olduğuna görə Kitab əhlini düşmən olaraq görən zehniyyətin Quranda olması qeyri-mümkündür.

(A9 TV; 4 may 2018)

Müsəlmanların edəcəyi üç kəlməni söyləməkdir: “İslam Birliyini istəyirəm” deyəcəklər. Liviya, Suriya, Misir, İraq yerlə bir oldu, müsəlmanlar hələ də İslam Birliyindən heç bəhs etmirlər. İslam Birliyi əsas çözümdür amma demək olar kimsə həqiqi çözümün üzərində dayanmır.

(A9 TV; 4 may 2018)

Tayyib hocamın sonuna qədər yanındayıq Allahın izni ilə. Millət olaraq ölkəmizdə qarışıqlıq istəmirik, istiqrar davam etsin istəyirik. Tayyib hocamdan istəyimiz müasir insanları da qucaqlayan, azadlıqları çox yaxşı vurğulayan anlayışı daha da yayğınlaşdırsın. Millət onunla birlikdə inşaAllah.

(A9 TV; 4 may 2018)

Atatürk müasir, aydın, Avropa keyfiyyətində Osmanlı paşasıydı. Anası nur kimi müsəlman idi. Atası nur kimi insan idi. Atatürk haqqında çirkin böhtan atanlar yalnız özlərini alçaldırlar. Bu çirkinliyə yönələnlərin də, mütləq hüquqi qarşılığını almaları lazımdır.

(A9 TV; 4 may 2018)

Münafiq Quranı öz ağlına görə müsəlmanların əleyhinə istifadə etmək üçün öyrənər. Münafiqdə şeytani zəka olduğu üçün, bunlarla elmi mübarizədə incə ağıl lazımdır. Bu da müsəlmanların diqqətinin açılmasına, savablarının çox yüksəlməsinə səbəb olar.

(A9 TV; 3 may 2018)

Münafiq dinsizdir amma müsəlmanlarla mübarizə etmək üçün dini istifadə edər. Bu şəkildə daha təsirli olacağını düşünür. Küçə məntiqiylə düşünən insanları, dini istifadə edərək təsir altına salırlar. Peyğəmbərimizin dövründə də, küçə məntiqiylə baxanlara təsir etmək üçün “bu istidə döyüşəmı çıxarlar?” deyirdilər və haşa, Peyğəmbərimizi dinsizliklə günahlandırırdılar. Çox axmaq olduqları üçün dini gətirən Peyğəmbəri, haşa, dinsizliklə günahlandıracaq qədər ağılsız ittihamlar irəli sürürdülər.

(A9 TV; 3 may 2018)

Sevginin əsas şərti ağıllı və səmimi olmaqdır. Sevgi bina tikmək kimi, yüzdən çox təməl dəyərlər üzərinə qurular. Bağışlamaq, dəyər vermək, səbir etmək, mərhəmət etmək… Quran, sevgini meydana gətirən bütün bu əsas şərtləri bizə öyrədən kitabdır. Allahın böyüklüyünü anlayan insan Quranı necə yaşayacağını çox yaxşı anlayar. Sevginin irəliləməsi üçün ağıl, diqqət, iradə, qayğı və səbir lazımdır. Mömin bu mövzuda yorulmaz və çaşqınlıq da yaşamaz. Qurandan öyrəndiklərini çox ardıcıl tətbiq etdiyi üçün sevginin gözəl yoluna girər və irəliləyər.

(A9 TV; 3 may 2018)

Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır.

(A9 TV; 3 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)