İman artımı insanın şəxsiyyətinə çox müsbət təsir edər. Şəxs daha çox zəkalı, səbirli, şəfqətli və anlayışlı olar. Müsbət təsiri tez görünər.
(A9 TV; 12 noyabr 2017)
Müsəlman ölkələr bir-birinə qarşı hər məsələdə sakitləşdirici olmalıdır. Müharibə, münaqişə istəyən və planlaşdıran İngiltərə dərin dövlətinin oyununa düşməsinlər. Bir qrup müsəlman vardır zatən. Dostca, qardaşlıq içində yaşayaq.
(A9 TV; 12 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) və Mehdinin fiziki görünüşündə çox oxşarlıqlar var. Peyğəmbərimiz (s.ə.v) ortaboylu idi. Pəhləvan quruluşlu idi, geniş çiyinli idi. Dişləri ağappaq idi, başı böyük idi. Hz. İbrahimin də başı böyük idi. Bu peyğəmbər heybətinin əlamətlərindən biridir. Baxışları çox təsiredici idi, çox etibarlı, çox alicənab, çox hörmət ediləcək üz ifadəsi vardı. Çox çevik hərəkət edərdi.
(A9 TV; 12 noyabr 2017)
Bir insanın səmimi sevgisini gözlərindən, səs tonundakı səmimiyyətdən, qurduğu cümlələrdən, sözləri seçməsindən, göstərdiyi ehtiramdan, təbii hörmətindən anlayarıq. Qadınlar bu məsələdə Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Özlərini qoruya bilmələri üçün ehtirası və eşqi dərhal tanıyacaq qabiliyyətlə təchiz ediliblər. Yalan sevgi ilə həqiqi sevgini dərhal ayırd edərlər. Ruhları həssas cihaz kimidir. Baxan kimi qarşısındakı insanın həqiqətən sevib-sevmədiyini anlayarlar.
(A9 TV; 12 noyabr 2017)
Qadınlara hörmət və sevginin ortaya çıxması mehdiyyət dövrünün imzasıdır. Qadına hörmət olması üçün əvvəlcə qadını yaradana, həqiqi sahibinə hörmət və sevgi əhəmiyyətlidir. Allaha sevgisi, hörməti olmayanın qadının dəyərini anlaması qeyri-mümkündür. Allah qorxusu və sevgisi zəif olduğu zaman, qadına qəzəb və nifrət daha sürətlə yaranar.
(A9 TV; 12 noyabr 2017)
Xəstəliyə səbir etmək, Allaha təvəkkül etmək mömin üçün əhəmiyyətli cənnət vəsiləsidir.
(A9 TV; 12 noyabr 2017)
Səmimi sevgidə qəlbdə heyrətamiz fərəhlənmə olar. Sevgi; “səni çox sevirəm, həqiqətən çox sevirəm” deyərək təkcə sözlərlə süni şəkildə ifadə edilən duyğu deyil. Səmimi sevgidə, sevginin ruha verdiyi mehribanlıq var və zövq alınar. Sevgi təqlidində isə sıxılma, əzab çəkmə və qeyri-səmimilik hakimdir.
(A9 TV; 12 noyabr 2017)
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz.
(A9 TV; 12 noyabr 2017)
Münafiq ədabazlığa çox maraqlıdır. Kor cahil olduğu halda öz aləmində filosoflardan, yazıçılardan nümunələr verər. Halbuki tam gizlin hiyləgərdir, münafiqlər iki cümləni bir yerə gətirə bilməyən tiplərdir.
(A9 TV; 12 noyabr 2017)
Münafiqlər ruhi xəstəlik şəklində yalan deyərlər. Münafiqlərin yalançılığı minlərlə əxlaqsızlıqlarından yalnız bir nümunədir.
(A9 TV; 12 noyabr 2017)





