Ən yüksək azadlığı Quran verər. Quran əxlaqının olmadığı yerdə insanların üzərində cəmiyyət təzyiqi, məhəllə təzyiqi, ev təzyiqi kimi cürbəcür qaydalar var. Quran bütün bunları aradan qaldırar, çox geniş azadlıq tanıyar.

(A9 TV; 12 noyabr 2017)

Münafiqlər ətə dadanmış quduz it kimi hərisliklə yaşadığı üçün yaşının ötdüyünü də görməz. İt kimi illərlə müsəlmanlara xidmət edər. 20 il ərzində Allah onun fərasətini, bəsirətini bağlayar. 20 il eşşək kimi çalışar, müsəlmanlara xidmət edər. 20 ilin sonunda bağıra-bağıra, tullana-tullana qaçar. Lakin alnındakı axmaqlıq yazısını silə bilməz. Uzaqdan həmişə möminləri seyr edər. Möminlərin böyük rahatlıq, fərəh, zənginlik içində yaşamasını gördükcə əzabı daha da artar.

(A9 TV; 12 noyabr 2017)

Hz. Süleymanın şeytanları necə dənizin dibindəkini gətirirdilərsə, münafiq də şeytani şövqü ilə müsəlmanlara böyük bilgi və zənginlik gətirər. Münafiq müsəlmanların yanında olarkən qazandığı ətrafı ilə öz gələcəyini zəmanət altına aldığını düşünər. Siyasi imkanlar, geniş ətraf, evlər, avtomobillər hazırlayarkən bunları özünün əldə edəcəyini zənn edər. Bütün bunları etdikdən sonra it kimi çalışdığını, lakin heç nə əldə edə bilməyəcəyini görər. Tam axmaq mövqeyinə düşər və can ağrısı ilə özünü bayıra atar. Özünü bayıra atdıqdan sonra verdiklərini geri almağa çalışar, lakin iş işdən keçmişdir. Axmaqlıq etiketi alnına Allah tərəfindən vurulmuşdur.

(A9 TV; 12 noyabr 2017)

Kafirin münasibəti aydındır. Münafiq gözü dönmüş və qaranlıq tipdir. Cinayətə meyllidir. Araşdırılsa bir çox gizli cinayətkarın mənbəyində münafiqlər vardır. Allaha, İslama, müsəlmanlara düşməndir və bu düşmənçiliyi çox azğın düşmənçilikdir. Müsəlmanlar münafiqləri gördükcə bir-birilərinə daha çox bağlanar, bir-birilərini daha çox sevərlər.

(A9 TV; 12 noyabr 2017)

3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik.

(A9 TV; 12 noyabr 2017)

Allahın insanı darda qoymasının səbəbi Allahın insanı Özünə yaxınlaşdırmaq istəməsidir. Darlıq anı da insanın bu darlıqdan xilas olmaq üçün etdiyi dua da, taledə birlikdə yaradılmışdır. İnsanın yaxşıya, doğruya, gözələ nail olması üçün vəsilədir.

(A9 TV; 12 noyabr 2017)

İngiltərə dərin dövləti son 200 ildir ki, dünyaya dəhşət saçır. Bunlar şeytani düşüncə insanıdırlar. Gecə-gündüz düşünüb, fəlsəfə yaradıb, insanların şəxsiyyətsiz olanları tapıb, onlara tətbiq etdirərək, günahsız dünya xalqlarını əzirlər. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi və digər bütün dağıdıcı ideologiyalar İngiltərə dərin dövlətinin əsəridir.

(A9 TV; 12 noyabr 2017)

Məhşər günü müsəlmanlar üçün komfortlu və rahatdır. Möminlər üçün hər şey asan və sürətlidir. Möminin haqq-hesabı onu şərəfləndirmək üçündür. “Sən bu gözəllikləri, bu yaxşılıqları eləmisən” deyədir. Küfr əhli üçünsə məhşər sıxıntılı və əzabvericidir. Hər təfərrüatın tək-tək haqq-hesabı soruşulacaq. Küfr əhli toz bürümüş, tərli, kirli, bərbad görünüşdə, bədənləri xəstə, bir çox yerdə sürünən mövqedə olacaq. Mutasiyaya uğramış kimi qəribə görünüşdə olacaqlar.

(A9 TV; 12 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)