Pislikdən çəkinmək, yaxşılıq etmək fərzdir. Biz həmişə yaxşılıq edəcək şəkildə yaradıldıq. Mömin yaxşılıq etmədiyi zaman nəfəs ala bilməz, boğular. Mömin yaxşılıq etdikcə sevgi həzzi alar, bu sevgi doyumu da fərəhlənməsini təmin edər. Mömin bu ibadəti yerinə yetirərkən cənnət zövqü alar.
(A9 TV; 14 noyabr 2017)
Hər yerdə zənginlik olsa, hər yerdə səxavətli insanlar olsa yaxşılığın dəyəri o qədər yaxşı başa düşülməz. Xəsislərin, var-dövlət hərisliyi edənlərin olması səxavətlilərin dəyərini artırar.
(A9 TV; 14 noyabr 2017)
Heç bir münafiq rahat yaşaya bilməz. Xüsusilə hücuma keçmə mərhələsindən sonra münafiqlərin həyatı çox dözülməz və xoşagəlməz olar.
(A9 TV; 14 noyabr 2017)
Allahın inkar edənlərə verdiyi iqtisadi imkanlar onların xeyrinə deyil. Əsasən çoxunda malı və mülkü toplayıb yığma hərisliyi var. Həyatları boyu bunları itirmək qorxusu ilə hüzursuz yaşayarlar.
(A9 TV; 14 noyabr 2017)
Saleh möminlər üçün həbsxana vəlayətdə qapıdır. Vəli olmaq üçün yoldur. Bədiüzzaman da həbsxanaya girərək vəliliyin qapısından keçibdir.
(A9 TV; 14 noyabr 2017)
Musiqidə, memarlıqda, rəssamlıqda, heykəltəraşlıqda həqiqi mənada sənətkar artıq yetişmir. Bu, çox dəhşətli haldır. Sevgini, incəsənəti öldürmə qərarına gəlmiş Dəccalın həmləsidir. Dünya mehdiyyətin zühurunu gözləyir. İnsanlara incəsənəti, sevgini, məhəbbəti, gülməyi unutdurdular. Mehdiyyət bu bəlanı aradan qaldıracaq.
(A9 TV; 14 noyabr 2017)
Müsəlman bütün peyğəmbərlərin bütün üstün xüsusiyyətlərini nümunə götürər. Peyğəmbərlərin səhvlərini isə Allah ibrət almağımız, eyni səhvi etməməyimiz üçün yaratmışdır. Müsəlman bütün Quran ayələrini və bütün peyğəmbərləri nümunə götürər.
(A9 TV; 14 noyabr 2017)
Mötədil İslam deyə bir şey yoxdur. Quran müsəlmanlığı var. Dünyaya Quran müsəlmanlığı hakim olacaq, mötədil İslam deyil.
(A9 TV; 14 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər; müsəlmanları “bizə gəlin” deyə öz kanalizasiya çuxurlarına dəvət edirdilər. Münafiqlərin, müsəlmanlara belə çağırışlarla təsir edə biləcəklərini zənn etmələri də axmaqlıqlarını göstərər.
(A9 TV; 14 noyabr 2017)
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar.
(A9 TV; 14 noyabr 2017)





