Ənənəçi ortodoks İslam anlayışında qadınları yarım varlıq hesab etmə anlayışı hakim olduğu üçün qadına hörmət etmirlər. Bu yanlış zehniyyətə görə qadın ağıl sahibi deyil, danışması qadağandır, gülməsi qadağandır, çölə çıxarsa yolun ortasında yeriməsi qadağandır, qadın bir şey deyirsə bunun əksini etmək əsas şərtdir, qadının şüşədən belə baxmaması lazımdır, cəhənnəmin çox hissəsi qadınlarla doludur… Belə çirkin təlqinlər verildikdə cəmiyyətdə qadın sevgisi yox olur, qadına zorakılıq artır və homoseksuallıq genişlənir.

(A9 TV; 15 noyabr 2017)

Müsəlmanların camaat halında olması Quranın əmridir. Mənim bu mövzudakı meyarım hansı camaat dinsizliyin fəlsəfəsi olan darvinizmi aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparırsa, İslam Birliyini həmişə gündəmdə saxlayırsa, mehdiyyəti, məsihiyyəti müjdələyirsə o camaatla ittifaq etmək lazım olmasıdır. Belə camaat bizdən başqa elə də olmadığı üçün biz ön plana çıxırıq. Bizdən başqa da küfr əhlini və münafiqləri hədəf qəbul edən demək olar ki, heç kim olmadığı üçün İngiltərə dərin dövlətinin, münafiqlərin, küfr əhlinin ən çox diqqətini çəkən oluruq. Bütün həmlələrə baxmayaraq, sarsılmadan irəliləyirik.

(A9 TV; 15 noyabr 2017)

Qadınlar çox fədakar və igiddirlər. Sevginin qarşısında etməyəcəkləri şey yoxdur. Cəsarətləri və səbirləri çox güclüdür. Allahın ehtişamlı, gözəl, ən sənətkar təcəllisidir qadınlar.

(A9 TV; 14 noyabr 2017)

AKP-nin Atatürkü sevməsi və müdafiə etməsi çox təbiidir. Atatürk də, AKP də müasir Quran müsəlmanlığını müdafiə edər, ideologiyaları eynidir. Atatürk əleyhinə aparılan danışıqlara millət olaraq heç vaxt fikir vermərik.

(A9 TV; 14 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)