Allah “Onlardan səni dinləyəcəklər vardır” deyir , amma ALLAH HEÇ EŞİTMƏYƏNLƏR VƏ AĞILLARININ GÜCÜ ÇATMAYANLAR ÜÇÜN “ONLAR ÖLÜDÜRLƏR” DEYİR. Ona görə BİRİNİ RAZI SALMAQ ÜÇÜN ÖZÜNÜZÜ YORMAYIN, ÖZÜNÜZÜ ÜZMƏYİN, bu, doğru deyil. Daşa bir şey izah etsək daş tərpənməsə, ona hirslənməyin mənası varmı? Şüuru açıq bir insan üçün kədərlənmək haramdır.

Daha əvvəl hədislərə hörməti olan kəslər hədisləri rədd etməyə başladılar. Bu, çaxnaşmanın şiddətini göstərir. Halbuki, MEHDİYYƏT DAYANDIRILACAQ BİR HADİSƏ DEYİL.

Cənabı Allah, vaxtı gəldiyində qiyaməti gətirəcək. Bunun qarşısını kəsə bilməyəcəklər. Bəzi kəslər qiyamət vaxtını uzatmağa çalışırlar. Hicri 1542-ci ildən sonra 1545-ci ilə qədər nə İslam, nə Xristianlıq, nə də Müsəlmanlıq qalmayacaq. Dinsizlik hakim olacaq. Qiyamət onların başına qopacaq. Qaçmaq üçün heç bir yerləri olmayacaq.

Qiyamətin və Hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar bir çaxnaşma var. Fransa və bütün Avropa daxil olmaqla bütün dünyada bu çaxnaşma var. Qiyamətdən xilas olmaq üçün planetdə bir yer axtarırlar. Gəmiyə minib qaçaq deyirlər. Qiyamət qaçsanda da səni vuracaq, bütün kainatda qopacaq. Bunları bir kənara qoysunlar, Allaha tam təslim olsunlar.

CIA belə çaxnaşmaya düşdü, Hz. İsa (ə.s) zühur edəcək deyə Amerika İraqı işğal etdi. Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s) ilə birlikdə hərəkət edəcək, sən nəyi əngəlləməyə çalışırsan? Bu, atom bombanla qarşısını alacağın bir şey deyil.

Xurafatçıların dünyanı nə hala gətirdiyini görmürlərmi, bütün dünyadakı bu pərişanlığın səbəbi fanatizm deyilmi? Mikrobla mikrobu ortadan qaldırmağa çalışırlar. Fanatizm fanatizmlə ortadan qalxmaz. Cap-canlı bir gənclik ortaya çıxacaq. Bu zəhərlənməmiş gənclik Türk-İslam Birliyini quracaq. Bütün beyinlər mikroblardan təmizlənəcək.

Əgər səmimi olsaq, Allah bizə yolunu açar. Səbir, səmimiyyət və vicdan ilə Allah üçün çalışmaq lazımdır. ALLAHA QARŞI SEVGİ ÇOX ƏHƏMİYYƏTLİDİR. ALLAH ƏSLA UNUDULMAMALIDIR.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)