Əgər Darvinist təbliğata qarşı heç bir cavab reaksiyası vermirsənsə bu doğru deyil. Belə olan halda terror qapısı sonuna qədər açılar. Terrorun qapısını darmadağın etmək üçün Darvinizmə hücum etmək lazımdır. Bu vəbanı mütləq qurudacaq və dayandıracağıq.

İslamı aclıqdan sürünmək, tör-töküntülü paltarla gəzmək kimi göstərməyə çalışırlar. Osmanlını yıxan zehniyyəti bura gətirməyə çalışırlar. Həm Darvinizmi, həm də xurafatlılığı ön plana çıxararaq bunu etməyə çalışırlar. Buna görə də harada bir fırıldaq xurafatçı varsa onu ön plana çıxarırlar. Onun da ətrafında bir münafiq halqası vardır. BİZ ƏLLƏRİNİ ELMLƏ, SAVADLA QIRACAĞIQ, ONSUZ DA ALLAH QIRIR ƏLLƏRİNİ. ƏSLA BÖLÜNMƏYƏ, DAĞILMAĞA İCAZƏ VERMƏRİK.

Zülal bütün dünyadakı insanların ağılından daha üstündür. İçindəki məlumat kompüterdəkini xatırladır. On minlərlə , milyonlarla molekulu nəzərdən keçirir və ” burada səhv var” deyir. “Səhv hissə gəlib” deyir,”doğrusunu gətirin” deyir dərhal oraya qoyurlar. Təkamülçülər də bütün bunlara “təsadüfən oldu” deyirlər. Axirətdə Allahın qarşısında bunu eynilə bu şəkildə izah edə biləcəklərmi?

Bir müddət qaldıqdan sonra kahı belə ciddi bir pozulmaya uğramaz, amma ət on gün açıqda qalsa, çox zəhərli bir maddəyə çevrilər. İnsan da ətdən meydana gəlmiş bədəni keçici bir varlıqdır. Buna baxmayaraq öz bədənlərini gözlərində böyüdürlər. Dünyaya eşqlə bağlanıb özlərini hipnoz edirlər.

İnsan ancaq Müsəlman olduğunda rahat ola bilər, digər müxtəlif həyat məqsədsiz bir mücadilə içində keçər. İnsan Qurana tam təslim olsa, səmimi Müsəlman olsa rahat, hüzurlu olar, heç bu dünyaya aid vəsvəsələrlə də boğuşmaz.

Torpağın altına girdiyində bu dünyadakı kimi şərab dada bilməyəcək. Yerin altında ona şərab xidməti edilməyəcək. TORPAĞIN ALTINDA ŞƏRABI İÇMƏYƏ DODAĞI QALMAYACAQ, ŞƏRABI İYLƏMƏYƏ BURNU QALMAYACAQ. Həyatına şərabla rəng qatmağa çalışır. O acı, ləzzətsiz, pis içkini əhəmiyyətli bir şey halına gətirməyə çalışır. Əgər şərab həyatındakı ən böyük zövqüdürsə, o, bomboş keçən bir həyat deməkdir . HALBUKİ, XOŞBƏXTLİK YALNIZ QURANDAN QAYNAQLANIR.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)